Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
3069
30.10.2024, 17:34
Bakıda qətl törətməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Oxu24.com "Report" -s istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktında qeyd olunub ki, Rəhim Əsədov intim əladəqə olduğu Rəşid İmanovu öldürüb. R.Əsədov ittihamnaməyə münasibət bildirərək özünü təqsirli bildiyini etiraf edib.

Məhkəmədə sərbəst ifadə verən təqsirləndirilən şəxs mərhum Rəşid İmanovla instaqramda tanış olduğunu bildirib. O qeyd edib ki, Rəşiddən borc pul alıb:
“Mən pulu qaytardım, ancaq ikinci dəfə yenə borc almağa getmişdim, uşaqlardan alıb verərik dedi. Söyüşlə danışmağa başladığı üçün dalaşdıq, Sonra yerə yıxdım və evdən götürdüyüm bıçaqla cinayət hadisəsini törətdim. Əsasən boğaz nahiyəsinə, şah damarına vurdum”.
Həmçinin oxuyun
Daha sonra məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi olan atası Rüstəm İmanov ifadə verib. O, oğlu öldürüləndə həbsdə olduğunu söyləyib:
“Mən tutulanda Rəşidin 5-6 yaşı var idi. Hadisədən iki gün əvvəl telefonla danışdım, çöldə dalaşmışdı, şikayət eləmişdi, şikayətini get götür dedim. Mən Rəhim Əsədovu bağışlayıram, cavan uşaqdır".
Məhkəmə prosesi dekabrın 4-də davam edəcək.
Xatırladaq ki, 2024-cü il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı ilkin olaraq Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

23:58 / 14 Dekabr 2025
142
23:35 / 14 Dekabr 2025
59
22:57 / 14 Dekabr 2025
69
22:24 / 14 Dekabr 2025
232
21:54 / 14 Dekabr 2025
103
21:51 / 14 Dekabr 2025
71
21:45 / 14 Dekabr 2025
144
21:33 / 14 Dekabr 2025
522
20:58 / 14 Dekabr 2025
672
20:50 / 14 Dekabr 2025
134
20:16 / 14 Dekabr 2025
1062
19:55 / 14 Dekabr 2025
131
19:50 / 14 Dekabr 2025
73
19:36 / 14 Dekabr 2025
77
19:27 / 14 Dekabr 2025
257
19:22 / 14 Dekabr 2025
108
18:57 / 14 Dekabr 2025
3378
17:55 / 14 Dekabr 2025
990
16:45 / 14 Dekabr 2025
1516
15:41 / 14 Dekabr 2025
1096
15:09 / 14 Dekabr 2025
124
14:56 / 14 Dekabr 2025
237
14:08 / 14 Dekabr 2025
2508
13:58 / 14 Dekabr 2025
138
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.