Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 8618+
2225
03.02.2022, 11:04
Azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva “Rossiya 1” telekanalının Andrey Malaxovun aparıcısı olduğu “Pryamoy efir” (“Birbaşa efir”) verlişinin qonağı olub və orada Rusiyanın Xalq artisti Mark Rozovskini onu zorlamaqda günahlandırıb.
Məlumata görə, həmin verilişin sözügedən buraxılışı layihənin “YouTube” səhifəsində yerləşdirilib.
Abbasquliyeva Azərbaycanda doğulub. Erkən yaşlarından oxumağa başlayıb. On beş yaşında “Miss Azərbaycan” titulunun sahibi olub. 17 yaşında Azərbaycanın müstəqil musiqi mükafatı olan “Qızıl mikrofon”un iki nominasiyada qalibi olub. Onu vətənində “Azərbaycanın Lolitası” adlandırırlar. 19 yaşında o, vətənində hər şeyi buraxıb Moskvanı fəth etməyə gedib və orada Rusiya Teatr Sənəti Universitetinə daxil olub.
“Mən üçüncü kursda oxuyanda Mark Qriqoryeviç Rozovskinin emalatxanasına köçdüm. O, məni səmimiyyətlə qəbul elədi. Bir dəfə yanıma gələrək dedi ki, mənimlə teatrdan kənarda karyeram barədə danışmaq istəyir. Mən onun dediyi ünvana getdim. Ora zirzəmidə yerləşirdi. Həmin yerdə böyük bilyard zalı vardı. O, danışmağa başladı ki, mən necə də gözələm və məni hiss etmək istəyir”, — deyə Abbasquliyeva bildirib.
Qızın sözlərinə görə, Rozovski onu bilyard zalının yanında yerləşən böyük çarpayı olan otağa aparıb, soyundurub və onunla intim əlaqədə olub. Müğənni indiyə qədər həmin günü unuda bilmir. Sonra rejissor ondan hər şeyi gizli saxlamağı xahiş edib ki, onların əlaqəsi barədə heç kəs bilməsin.
“Mən özümü dəhşətli dərəcədə pis hiss edirdim, ürəyim bulanırdı. O, çay sifariş elədi və dedi ki, “bu, bizim sirrimizdir”. Yəni mən bu barədə susmalıyam və o istəyəndə, mən həmişə onunla görüşə hazır olmalıyam. Mən başa düşmürdüm ki, bu, necə mümkün ola bilər. Ona mənim istedadımı görən bir müəllim kimi münasibət bəsləyirdim. Bundan sonra mən hər şeyə görə özümü günahkar sayırdım və qərara gəldim ki, bunları unutmaq lazımdır”, — deyə aktrisa əlavə edib.
Sonralar Abbasquliyeva Rozovski ilə görüşməmək üçün ondan qaçmağa çalışıb. Bu, rejissorun onunla növbəti dəfə əlaqə saxlamasına qədər davam edib:
“Mən ondan qorxurdum və ona heç nə deyə bilmirdim. Bu, ikinci və sonuncu görüşümüz oldu. Mənə elə gəlirdi ki, günahkar mənəm və zahiri görkəmimdir. Onda mən kifayət qədər açıq-saçıq geyinirdim”.
Aktrisa iddia edib ki, Rozovski ilə ikinci dəfə görüşəndə rejissor ona intim əlaqəyə başqa kurs yoldaşını da cəlb etməyi təklif edib. Fatimə Rozovskinin teatrında bir müddət işləməyə davam edib, sonra isə işdən qovulub. Aktrisanın fikrincə, Rozovski indiyə qədər də teatrın gənc aktrisalarına təcavüz edir.
Həmçinin oxuyun
12 il keçəndən sonra Abbasquliyeva başa düşüb ki, o, onu zorlayan şəxsi cəzalandırmalıdır. Buna görə də, danışmaq qərarına gəlib.
Məşhur rejissorun hərəkətlərini emosional tərzdə şərh edən Fatimə daha sonra deyib:
“Murdar, iyrənc, riyakar. Mən öz pedaqoqumun qurbanı olmuşam. Mark Rozovski öz tələbələrinə təcavüz edir, onlarla sauna və qrup şəklində seksual əlaqədən danışır. Özü də təkcə danışmır, həm də həyata keçirir. Mark Qriqoryeviç, cəzalanmağınızın zamanı gəlib. Mənimlə belə davranmaq, mənə 6 il ərzində belə əzab vermək və şantaj etmək lazım deyildi. Siz öz tələbələrinizi və teatrın aktrisalarını cinsi istismara məruz qoyursunuz. Mən sizin səhnə üsullarınıza və insanlığınıza hörmət etmirəm”.
Qeyd edək ki, sözügedən verlişdə müğənni Dmitri Nesterov da Rozovskinin teatrında baş verənlər barədə eşitdiyini, lakin onların şişirdildiyini qeyd edib. Rozovskinin dostu Vladimir Dolinski isə Abbasquliyevanı yalan danışmaqda, teatrda 200 tamaşanı səhnəyə qoyan rejissora böhtan atmaqda günahlandırıb:
“O, öz əlləri ilə teatrda 200 tamaşa qoyub ki, 70 yaşında səni zirzəmiyə aparıb təcavüz etsin?”
Lakin vaxtilə Rozovskinin teatrında çalışan aktrisa Yekaterina Kmit də sözügedən rejissorun təcavüzünə məruz qaldığını etiraf edib. Aktrisanın sözlərinə görə, rejissor onu da yatağına dəvət edib:
“Bu, Rozovskinin başlıca xüsusiyyətlərindən biridir və bunu teatrda hamı gözəl bilir”.
Rozovskinin özü isə jurnalistlərə açıqlamasında aktrisaların dediklərini təkzib edib. Bildirib ki, Abbasquliyeva teatrda özünü adekvat aparmadığı üçün qovulub.
Qeyd edək ki, Mark Rozovski Rusiyanın məşhur teatr rejissoru, dramaturq, ssenari müəllifi, bəstəkar, yazışı, şair və “U Nikitskix vorot” teatrının bədii rəhbəridir.
14:15 / 17 Mart 2025
Müğənni Dəniz həbs olunub
374
14:10 / 17 Mart 2025
Ukraynaya milyardlar ayrıldı
28
14:00 / 17 Mart 2025
Əli Əsədov maaşla bağlı qərar imzaladı
278
13:56 / 17 Mart 2025
Aİ Suriyaya yeni şans verir
28
13:51 / 17 Mart 2025
Zelenski Ukrayna Silahlı Qüvvələrinin başqa ölkələrə göndərilməsinə icazə verib
31
13:02 / 17 Mart 2025
Prezidentdən Xanlar Vəliyevlə bağlı SƏRƏNCAM
468
12:51 / 17 Mart 2025
ABŞ Macarıstana geri çəkilmək üçün təzyiq edir
35
12:43 / 17 Mart 2025
İftarda qəti şəkildə bunları yemək olmaz — Dietoloqla MÜSAHİBƏ
1406
12:21 / 17 Mart 2025
19 il həbs cəzası aldı
38
11:58 / 17 Mart 2025
Ukrayna Rusiyaya qarşı sanksiyaları yumşaltmağa icazə verdi
51
11:57 / 17 Mart 2025
SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
423
11:55 / 17 Mart 2025
Tramp elan etdi: Aprelin 2-dən...
60
11:38 / 17 Mart 2025
43 yaşlı aktrisa öldü
66
11:31 / 17 Mart 2025
Səhiyyə Nazirliyi əhaliyə müraciət edib
57
11:27 / 17 Mart 2025
Prezident rəsmi şəxslərlə görüşüb — FOTOLAR
62
11:11 / 17 Mart 2025
Ağadadaşın baltası özünə qaytarılıb
127
10:54 / 17 Mart 2025
Prezident fərman imzaladı
831
10:39 / 17 Mart 2025
Zavodda partlayış,yaralı var
54
10:29 / 17 Mart 2025
Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış etdi
54
10:28 / 17 Mart 2025
Texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?
778
10:22 / 17 Mart 2025
Şəkidə 32 yaşlı qadın özünü binadan atdı
53
10:16 / 17 Mart 2025
Yazda qəbul edilməli 4 ən vacib vitamin
55
10:01 / 17 Mart 2025
Qaz olmayacaq
64
09:59 / 17 Mart 2025
Qadını maşın vurdu
47
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.