Mayın 1-dən Gürcüstanla quru sərhədləri AÇILIR? - Qonşu ölkə rəsmi məlumat yayıb, Azərbaycan tərəfi isə...
24 Aprel 2025, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
321
30.03.2024, 11:58
"Qafqaz Müsəlmanları İdarəsi məsləhət görür ki, fitrə zəkatı çıxararkən minimum yox, orta məbləğ götürülsə, daha yaxşıdır".
OXU24.COM xəbər verir ki. bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, bayram axşamı çatanda, əsasən, ailə başçısı fitrə zəkatını çıxarır:
"Bunu ailədə bir nəfər öz öhdəsinə götürür. Ailədəki hər adama görə üç kiloqram düyü və ya buğdanın qiyməti ekvivalentində fitrə zəkatı təyin edilir. Qafqaz Müsəlmanları İdarəsi məsləhət görür ki, bu zaman minimum yox, orta məbləğ götürülsə, daha yaxşıdır. Maddi durumu normal olan ailələrin hər üzvü üçün 10-15 manat məqbul hesab olunur.
Fitrə zəkatının pul şəklində verilməsi daha məsləhətlidir, çünki ehtiyac sahibi onu istədiyi kimi xərcləyər. Amma ərzaq şəklində də təqdim etmək olar. İnsanlar öz qohumları, qonşuları arasında, ümumiyyətlə, ətrafdakı kasıb ailəyə fitrə zəkatını bayram namazına qədər versə, daha yaxşıdır. Amma bayram namazına qədər çatdıra bilməsə, gün ərzində də təqdim edə bilər. Bayram günü evə gələn ehtiyacı olan qonağa da zəkat vermək olar".
Həmçinin oxuyun
Hacı Fuad Nurullayev qeyd edib ki, fitrə zəkatı çıxararkən evdəki qonaqların da sayı nəzərə alınır:
"Bayram ərəfəsində kimsə qonaq gəlibsə və bayram namazına qədər həmin evdə qalıbsa, fitrə zəkatı çıxararkən o da nəzərə alınmalıdır və bu, mütləqdir. Ancaq qonaqlar bayramdan əvvəlki şam namazı daxil olmamış getsələr, yaxud da bayram namazından sonra gəlsələr, onlara görə fitrə zəkatını çıxarmağa ehtiyac yoxdur".
İlahiyyatçı kimlərin fitrə zəkatından azad olduqlarını da açıqlayıb:
"Başqalarına möhtac olan insanlar, ailəsini güclə dolandıranlar fitrə zəkatı verməyə bilərlər. Onlar zəkat vermək əvəzinə dua və zikrlər edə bilərlər".
Qeyd edək ki, Ramazan ayı martın 11-də başlayıb. Şəvval ayının 1-də, yəni aprelin 10-da Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün - aprelin 10-da və 11-də bayram günləridir.
09:10 / 25 Aprel 2025
Trampın nümayəndəsi Moskvaya gəlib
2
01:17 / 25 Aprel 2025
Trampdan Putinə : "Vladimir, dayan!"
52
23:16 / 24 Aprel 2025
Yer kürəsi bu tarixdə yaşayış üçün yararsız olacaq
79
23:16 / 24 Aprel 2025
Əməkdar artist süni tənəffüs aparatından ayrıldı
80
22:48 / 24 Aprel 2025
Mayın 1-dən Gürcüstanla quru sərhədləri AÇILIR? - Qonşu ölkə rəsmi məlumat yayıb, Azərbaycan tərəfi isə...
196
22:28 / 24 Aprel 2025
14 dəfə əməliyyat olmuş Vətən müharibəsi qazisi özünü öldürmək istədi
86
22:08 / 24 Aprel 2025
Baba Rzayev “Azərenerji”dən göndərilir? - Baş nazir qərar imzaladı
100
21:35 / 24 Aprel 2025
Daha bir cüdoçumuz bürünc medal qazana bilər
86
21:15 / 24 Aprel 2025
Hərbi institut tələbələrinə vəsait veriləcək
85
20:48 / 24 Aprel 2025
“Bombalar yağış kimi yağırdı”
109
20:37 / 24 Aprel 2025
Tramp Ukraynadakı münaqişənin həlli üçün son tarixdən danışıb
94
20:33 / 24 Aprel 2025
Dəhşətli partlayış - yaralılar var - ANBAAN VİDEO
158
20:30 / 24 Aprel 2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna sahib olmaq hüququnu tanımasını tələb edəcək
98
20:10 / 24 Aprel 2025
Rusiyada dollar neçəyə olacaq?
106
20:01 / 24 Aprel 2025
Rəqsanənin qızını toydan qovmaq istədilər — QALMAQAL +VİDEO
1324
20:00 / 24 Aprel 2025
Təmizləyici yağ haqqında BİLMƏDİKLƏRİNİZ
112
19:58 / 24 Aprel 2025
İran səfirinin sözləri Livanda qalmaqala səbəb olub
102
19:56 / 24 Aprel 2025
Litva Kalininqrad tranzit müqaviləsini pozmaqda ittiham olunur
108
19:47 / 24 Aprel 2025
Trampın bəyənmə reytinqi onun prezidentliyə başlamasından bəri ən aşağı səviyyəyə düşüb.
94
19:31 / 24 Aprel 2025
Çinə səfər neçəyə başa gəlir?
111
19:17 / 24 Aprel 2025
Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
1081
19:12 / 24 Aprel 2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
122
19:10 / 24 Aprel 2025
İsveçlilər Rusiya təyyarəsinin qarşısını kəsiblər
114
19:08 / 24 Aprel 2025
BMT Ukraynanın Ukrayna kilsəsinə tətbiq etdiyi məhdudiyyətlərdən narahatdır
108
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.