"Qarabağ" dan Nərimanla bağlı paylaşım: Nəyə işarə edildi?
14 Dekabr 2025, 20:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
320
19.04.2024, 22:32
"Azərbaycanda insanların önəmli hissəsi bir qarın yemək üçün bütün günü işləyir".
Bunu açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov əhalinin gəlirlərinin daha çox ərzaq məhsullarına xərcləndiyi ilə bağlı statistikadan danışarkən deyib.
Ekspertin sözlərinə görə, son ilin göstəricilərinə əsasən əldə olunan vəsaitlərin 50%-dən çoxu ərzaq məhsullarına sərf olunur:
"Bu rəqəm niyə artıb? Ona görə ki, ərzaq məhsullarının qiyməti Azərbaycanda arta-arta gedir. Digər ölkələrlə müqayisədə Azərbaycanda məhsullar çox bahadır. Türkiyə, İran, Gürcüstan, Rusiya və Ermənistanla müqayisədə Azərbaycan əhalisi ərzaq məhsulları üçün daha çox vəsait xərcləməli olurlar. Bəzi məhsullar üçün 2-3 dəfə, ümumilikdə isə 30-40% vəsait xərcləyirlər, hər şeyi baha-baha qiymətə alırlar. Ərzaq məhsullarının qiyməti hər gün artır. Problem ondadır ki, ərzaq məhsullarının qiyməti normal səviyyəyə düşməsi ilə bağlı hər hansı bir addım atılmır".

Həmçinin oxuyun
Vahid Məhərrəmov hər bir insanın başqa xərclərinin olduğunu da qeyd edib:
"Azərbaycanda bir ənənə var, ay ərzində bir və iki dəfə toy olur. Vətəndaşların əksəriyyəti aldığı aylıq maaşını həmin toy üçün xərcləyir. Heç kəs də buna fikir vermir. Başqa ölkələrdə bu məsələ hökumət tərəfindən nəzarətdə saxlanılır. Onlar çalışırlar ki, əhali daha çox istirahət, sağlamlığı üçün maliyyə toplaya bilsin. Bu qədər vəsait xərcləyən vətəndaş düşünə bilərmi? Onun avtomobil almaq arzusu var, bundan başqa kirayədə yaşayanları da düşünmək lazımdır. İnsan yalnız qarnına, boğazına işləməməlidir. İnsan kimi yaşamalıdırlar, digər xərclərini də qarşılamalıdırlar. Əhali qazancının 51 faizini qidaya xərcləməklə özünün yalnız beynəlxalq normaya uyğun olaraq ərzaqla təminatının 50%-i ödəyə bilir. Yəni əhali əldə etdiyi 51% vəsaiti xərcləyir ki, özünü ərzaqla təmin edə bilsin".
Vahid Məhərrəmov əhalinin normal qidalana bilməməsini xüsusi vurğulayıb:
"Bu gün ətlə təminat 38%, balıq 30%, süd 50%, yumurta 60%-dir. Ən yüksək kalorili məhsul ət və ət məhsullarıdır. Əgər biz əhalini ətlə yalnız 38 faizlə təmin edə biliriksə, deməli, qonşu ölkələrdən geridə qalırıq".
Qeyd edək ki, statistikaya əsasən, bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib. Bütövlükdə, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon manat olub. Bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb.
20:16 / 14 Dekabr 2025
11
19:55 / 14 Dekabr 2025
37
19:50 / 14 Dekabr 2025
25
19:36 / 14 Dekabr 2025
34
19:27 / 14 Dekabr 2025
94
19:22 / 14 Dekabr 2025
52
18:57 / 14 Dekabr 2025
1868
17:55 / 14 Dekabr 2025
711
16:45 / 14 Dekabr 2025
1146
15:41 / 14 Dekabr 2025
908
15:09 / 14 Dekabr 2025
86
14:56 / 14 Dekabr 2025
186
14:08 / 14 Dekabr 2025
2142
13:58 / 14 Dekabr 2025
107
13:27 / 14 Dekabr 2025
123
13:18 / 14 Dekabr 2025
102
13:09 / 14 Dekabr 2025
140
12:54 / 14 Dekabr 2025
537
12:18 / 14 Dekabr 2025
1100
12:06 / 14 Dekabr 2025
2331
11:38 / 14 Dekabr 2025
111
11:30 / 14 Dekabr 2025
777
11:22 / 14 Dekabr 2025
86
10:43 / 14 Dekabr 2025
1134
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.