Qaynar xətt:

(+99450) 247 90 86

FHN-nin əməkdaşları Sumqayıtda vətəndaşın hasarını sökdü - VİDEO

CƏMİYYƏT

143

30.05.2024, 15:27

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən verilən xəbərə görə, bu çərçivədə, Sumqayıt şəhərinin 9-cu və 13-cü mikrorayonlarının kəsişməsində fəaliyyət göstərən obyektin qarşısında müvafiq icazəverici sənədləri olmadan qanunsuz hasarlama işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş hasar sökülüb.