Qaynar xətt:

(+99450) 247 90 86

6-cı sinif şagirdini maşın vurub öldürdü

CƏMİYYƏT

214

19.06.2024, 12:13

Qusarda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, "BMW" markalı avtomobil 2012-ci il təvəllüdlü Xamədov Ruslan Lamran oğlunu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində vəfat edib. Qəza zamanı sürücünün idarəetməsindən çıxan avtomobil daha sonra aşıb.

Bildirilir ki, qəzada vəfat edən R.Xamədov Qusar şəhər E.Güləliyev adına 2 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.

Faktla bağll Qusar RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.