Ən çox generalı olan nazir - Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR
15 Dekabr 2025, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
338
22.06.2024, 13:32
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mətbuat Şurası ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda yerli media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edir.
Mətbuat Şurasından Oxu24.com-a verilən məlumata görə, müsabiqədə aşağıdakı istiqamətləndirici mövzular nəzərdə tutulur. Jurnalistlərin hazırlayacaqları yazılarda ARDNF-nin fəaliyyətinin təhlili aparılmaqla onlardan bəhrələnmələri tövsiyə olunur:
Mükafatlandırma
I yer - 1 nəfər - 1000 manat
II yer - 1 nəfər - 800 manat
III yer - 1 nəfər - 500 manat
Həvəsləndirici mükafat – 5 nəfər (hər biri) – 200 manat
Müsabiqə mükafatçılarının adları 29 iyul 2024-cü ilədək açıqlanacaqdır.
Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcəkdir:
Müsabiqəyə 22 iyun 2024-cü il tarixindən 20 iyul 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaqdır.
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Qeyd 1: Yazıda “ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Həmçinin oxuyun
Qeyd 2: Yazı və ya multimedia materialının müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı media orqanında yayımlanmalıdır.
Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazı materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
Təqdimat göndərişində yer almalıdır:
Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 22 iyun 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixinədək saat 17.00-dək qəbul ediləcək.
Şəxsən qəbul həmin tarixlərdə həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək.
Elektron qaydada təqdimat zamanı sadalanan sənədlər və müsabiqə yazısı [email protected] elektron ünvanına göndərilməlidir.
Qeyd 3: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə: (+994 12) 441 35 96; (+994 50) 242 09 91; (+994 55) 789 85 03.
19:15 / 15 Dekabr 2025
18
18:43 / 15 Dekabr 2025
243
18:36 / 15 Dekabr 2025
31
17:51 / 15 Dekabr 2025
48
17:37 / 15 Dekabr 2025
611
17:14 / 15 Dekabr 2025
70
17:08 / 15 Dekabr 2025
63
16:59 / 15 Dekabr 2025
159
16:49 / 15 Dekabr 2025
591
16:40 / 15 Dekabr 2025
131
16:26 / 15 Dekabr 2025
126
16:16 / 15 Dekabr 2025
100
15:55 / 15 Dekabr 2025
189
15:45 / 15 Dekabr 2025
492
15:20 / 15 Dekabr 2025
665
15:17 / 15 Dekabr 2025
120
15:00 / 15 Dekabr 2025
575
14:53 / 15 Dekabr 2025
2054
14:48 / 15 Dekabr 2025
88
14:39 / 15 Dekabr 2025
93
14:19 / 15 Dekabr 2025
565
14:13 / 15 Dekabr 2025
303
14:11 / 15 Dekabr 2025
96
13:00 / 15 Dekabr 2025
844
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.