Qaynar xətt:

(+99450) 247 90 86

Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ

CƏMİYYƏT

236

19.07.2024, 16:42

"Peşə təhsili müəssisələrində çalışan müəllimlərin əməkhaqqında artım olacaq".

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, peşə təhsili müəssisələrinə keyfiyyətli kadrlar cəlb etmək üçün bir çox işlər görülməlidir:

"Maliyyələşmə baxımından ən vacib addımlardan biri adambaşı maliyyələşmə prinsipidir. Bu ildən 5 müəssisədə abambaşı maliyyələşmə prinsipi ilə çalışan müəllimlərin əməkhaqlarında müsbət mənada dəyişiklik olacaq. Bu, peşə təhsilində çalışan müəllimlərin rifahının yaxşılaşdırılması üçün atılan addımdır".