"Azercell"dən növbəti bahalaşma qərarı — Yanvarın 13-dən...
13 Dekabr 2025, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1652
29.04.2018, 00:32
Qoç - mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.
Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.
Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.
Buğa - mübahisəli məsələləri günün ilk yarısında həll etmək olar. Ümumi razılığı əldə etməmiş yeni layihəyə başlamayın. İfrat dərəcədə informasiya əldə etməyə çalışmayın. Eyni zamanda bir neçə genişmiqyaslı layihəyə qatılmağın pis fəsadları olacaq.
Günün ikinci yarısında ifrat yorğunluq yarada biləcək nüanslara qapılmayın. Emosional təmaslar usandırıcı ola bilər.
Ailə üzvlərinin qayğısına qalın.
Əkizlər - günün ilk yarısında aktiv olmağa çalışın. Bilik və bacarıqlarınızdan yararlanın. Geniş proqram çərçivəsində fəaliyyət göstərin. Erudisiyanızı işə salın.
Günün ikinci yarısında yazışmalarda önəmli məqamları diqqətdən qaçırmayın. Başa çatdırılımamış işləri tamamlamaq asan deyil. Axşam saatlarına yaxın işgüzar görüşdə mövqelərinizdən geri çəkilməyin. Soyuqqanlı davranın, amma laqeyd olmayın.
Adi müşahidəçi mövqeyi tutmayın, olayları dəqiq qiymətləndirin.
Xərçəng - ətrafınızdakı insanların energetik təsirinə həddən artıq aludə olmayın. Hisslərinizə hakim olun. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar böyük rol oynamamalıdır. Vədlərə inanmayın, başqasının qurduğu situasiyaya düşməyin.
Günün ikinci yarısında kimisə dilə tutmağa çalışmayın. Faydalı məlumat ənənəvi mənbədən gəlməyə də bilər. Müşahidə qabiliyyətiniz yüksək olmalıdır. Yaxınlarınızı dinləyin, onları maraqlandıran məsələlər, qayğılandıran nüanslardan xəbər tutun. Ailə ən böyük dayağınızdır.
Yaxınlarınızdan gərəkli dəstəyi alacaqsınız.
Şir - yaxın ətrafınızdakı insanlarla münasibətləri gərginləşdirməyin. Günün ilk yarısında hisslərin əsirinə çevrilməyin. Əldən verilmiş imkanlar barəsində düşünmək yerinə irəliləyişə üstünlük verin. Mənasız söhbətlərə qatılmayın.
Günün ikinci yarısında mühüm sənədlərin hazırlanmasını, gərəkli informasiyanın axtarışlarını təxirə salmayın. Dəyər verdiyiniz insanlara ünvanlanmış iradların sayını azaldın. Ultimatum və hədələr yolverilməzdir. İstənilən dialoqda diqqətli tərəfdaş olun.
Axşam saatlarında evdən uzağa yollanmayın.
Qız - sizə səbr lazımdır. Bu gün ümid və planlarla doludur. Amma onların həyata keçməsi üçün bir qədər vaxt lazımdır. Özünüzü işə girişməyə məcbur etmək çətindir. Bu, təcili həllini tələb edən peşə problemləri ortaya çıxdıqda xoşagəlməz nəticələr verə bilər.
Yaxınlarınızla yaxşı yola gedəcəksiniz. Amma bütün sirlərinizi onlarla bölüşməyə hələ tam hazır deyilsiniz. Unutmayın ki, uzaq səfərlərə səhər saatlarında yollanmaq məsləhət deyil. Bunun üçün ən yaxşı vaxt günortadan sonradır.
Başladığınız işi yarımçıq qoymayın.
Tərəzi - günün ilk yarısında ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri güclənir. Soyuqqanlı davranaraq təxribatlar tələsinə düşməyin. Ailədə mübahisə və fikir ayrılığı istisna deyil. Problemin həllində davranışınız xüsusi rol oynayır.
Günün ikinci yarısı daha uğurludur. Çoxdan bəri həyata keçirmək istədiyiniz planlardan birini reallaşdıra biləcəksiniz. Maraqlı görüşlər, xoş sürprizlər və diqqət izharları istisna deyil. Axşam saatları ailə üzvləri ilə daha səmimi və sıx ünsiyyət, ailəvi tədbirlərin təşkili üçün yaxşıdır.
Əqrəb - fikir mübadiləsi aparın, əlavə məlumatlar əldə edin. Unutmayın ki, bu gün ünsiyyət çox zaman və qüvvə tələb edəcək. İşlədiyiniz yerdə rəhbərliklə açıq danışıq üçün münasib zaman deyil. Sərmayə və maliyyə məsələlərində impulsiv qərarlar verməyin.
Günün ikinci yarısında etiraflar ola bilər. İşgüzar mübahisələrdə emosiyalarınıza hakim olun. Eqoist və xudpəsənd insan təsiri bağışlamayın. Nəzarət zəif olarsa, yanlış qərarın fəsadı böyüyə bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan - günün ilk yarısı uğurlu zamandır. Yaranan şanslardan tam istifadə edin. İnformasiya və ya kommunikasiyalar sahəsində çalışırsınızsa, rəqiblərin aktivləşəcəklərini bilin. Evdən uzaqda olarkən diqqətli davranın.
Günün ikinci yarısında yarımçıq işləri tamamlayın. Özünüzü sərt çərçivələrlə məhdudlaşdırmayın. Çətinliklərin öhdəsindən gəlmək üçün sınanmış metodlar və vasitələrdən istifadə edin.
Axşam saatlarında normal istirahəti seçin.
Oğlaq - günün ilk yarısında təşəbbüsləri minimuma endirin. Sizə xas olmayan rolda çıxış etməyin. Bundan sonra ağır problemlər yarada biləcək addımlar atmayın. Aktiv olun. Amma qarşı tərəfin xoşuna gəlməyəcək sözləri söyləməzdən əvvəl düşünün. Götür-qoy edin.
Günün ikinci yarısında mövqelərinizi və baxışlarınızı müdafiə edin. Ehtiyatlı olun. İşgüzar təmaslarda emosional qərarlar verməyin. Yerinə yetirə bilməyəcəyiniz işlə bağlı öhdəliklərə boyun olmayın.
Dolça - günün ilk yarısında diskussiyalar olacaq. Müzakirələrin intensivliyini azaldın. Mövqelərinizi qorumaq üçün ekstremal variantlardan istifadə etməyin. Rəqiblərinizin sayı artacaq. Onları üstələmək çətinləşəcək.
Günün ikinci yarısında formal irəliləyişə aludə olmayın. Prinsipial məsələlərdə mövqeyinizdə qalın. Yaranan problemlərin həll yolları var. Real arqumentləri olmadığından ucuz effektlərə üstünlük verən insanlara aldanmayın.
Sayıq olun.
Balıqlar - günün ilk yarısını optimal, əlahiddə zaman adlandırmaq çətindir. Həyat tonusu yüksək deyil. İşləriniz bir qədər az olsaydı, sevinərdiniz. Amma işlər çoxdur və onların hamısı diqqət tələb edir. Çətin ki, axşama qədər istirahətə, gücünü bərpa etməyə vaxtınız ola.
Həmkarlarınız və dostlarınızla ünsiyyətdə problemlər mümkündür. Ətrafdakıların sizdən nə istədiyini heç cür anlaya bilmirsiniz. Günün ikinci yarısında nəsə aydınlaşacaq. Amma bu, sizin üçün kifayət deyil. Hədiyyə və sürprizlər mümkündür.
Həmçinin oxuyun
12:58 / 13 Dekabr 2025
1
12:16 / 13 Dekabr 2025
326
12:08 / 13 Dekabr 2025
41
11:44 / 13 Dekabr 2025
40
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
684
11:07 / 13 Dekabr 2025
319
10:25 / 13 Dekabr 2025
888
09:15 / 13 Dekabr 2025
803
09:06 / 13 Dekabr 2025
359
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
144
00:28 / 13 Dekabr 2025
141
00:14 / 13 Dekabr 2025
1073
00:01 / 13 Dekabr 2025
714
23:20 / 12 Dekabr 2025
642
23:12 / 12 Dekabr 2025
112
22:41 / 12 Dekabr 2025
14376
22:05 / 12 Dekabr 2025
153
21:58 / 12 Dekabr 2025
3043
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1155
19:20 / 12 Dekabr 2025
2271
19:04 / 12 Dekabr 2025
1348
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.