Qaynar xətt:

(+99450) 247 90 86

Havvaxanım Rüstəmovanın işi üzrə- 133 zərərçəkmiş var

CƏMİYYƏT

447

02.12.2024, 19:37

“Moon Kids” Uşaq Bağçasının dələduzluq ittihamı ilə həbs edilmiş təsisçisi Havvaxanım Rüstəmovanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

H.Rüstəmovanın əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.

İşi Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər araşdıracaq.

Qeyd edək ki, xanım müttəhim Nizami Rayon Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.