Qaynar xətt:

(+99450) 247 90 86

Bu müəllimlər attestasiyaya cəlb ediləcəklər

CƏMİYYƏT

151

06.12.2024, 13:19

Əmək qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və yaşı 60-dan yuxarı olan musiqi müəllimləri attestasiya olunmayan işçilərin siyahısına daxil deyil.

Oxu24.com  xəbər verir ki, bu barədə mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq attestasiyanın keçirilməsinə 1 ay qalmış işçilərə bildiriş təqdim olunacaq.

Qeyd edilib ki, attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində məktəb direktoruna göndəriləcək.