Bu saatda qaz əchizatı dayandırılacaq.
19 May 2025, 20:51
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
134
09.12.2024, 10:00
“British Journal of Sports Medicine” jurnalında dərc edilən araşdırmaya görə, 40 yaşdan yuxarı insanlar gündəlik fiziki fəaliyyət səviyyələrini artıraraq ömürlərini əhəmiyyətli dərəcədə uzada bilərlər. Proqnozlaşdırıcı modellər göstərir ki, ən az fiziki aktiv şəxslər üçün gündəlik gəzinti kimi sadə fəaliyyətlər belə, ömür müddətinə təsir edə bilər.
OXU24.COM xəbər verir ki, araşdırmada, ABŞ əhalisinin milli sağlamlıq və siyahıyaalma məlumatları, 2017-ci il ölüm statistikası, həmçinin 2003-2006-cı illər Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusundan alınan fiziki fəaliyyət göstəriciləri təhlil edilib. Araşdırmanın nəticələrinə əsasən əhalinin ən fiziki cəhətdən aktiv 25 faizi gündəlik orta hesabla saatda təxminən 3 mil sürətlə 160 dəqiqə gəzərək bu səviyyəni qoruyur. Fiziki baxımdan ən az aktiv 25 faiz üçün bu səviyyəyə çatmaq ömürlərini əlavə olaraq 11 ilə qədər artıra bilər. Hər saat gəzinti onların ömrünü təxminən 6 saat uzatma potensialına malikdir.
Kaliforniyada yerləşən “Providence Saint John” Sağlamlıq Mərkəzinin Sakit Okean Neyrologiya İnstitutunda proqram direktoru Rayan Qlat bildirir ki, fiziki fəaliyyətdə hətta kiçik artımlar belə, yoluxucu olmayan xəstəliklər və erkən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Xüsusilə az aktiv insanlar üçün bu faydalar daha nəzərəçarpandır.
Həmçinin oxuyun
Yel Unversitetinin Tibb Fakültəsinin idman tibbi həkimi Kristofer Şneble araşdırmanın nəticələrini şərh edərək bildirib: “Bu araşdırma fiziki fəaliyyətin ölüm riskini azaltdığını təsdiqləyir və oturaq həyat tərzindən daha aktiv yaşam tərzinə keçidin sağlamlığa müsbət təsirini əlavə sübutlarla ortaya qoyur”.
Tədqiqat müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsi müəyyən edilmir. Lakin gündəlik fiziki fəaliyyətin psixi və fiziki sağlamlığa təsiri artıq yaxşı məlumdur. Hərəkətsizlik isə bir çox sağlamlıq probleminin, o cümlədən vaxtından əvvəl ölümün əsas səbəbi hesab edilir. Bu tapıntılar fiziki aktivliyin sağlamlıq və uzunömürlülük üçün əhəmiyyətini bir daha ortaya qoyur. Mütəxəssislər daha aktiv həyat tərzinin seçilməsinin sadə və təsirli sağlamlıq strategiyası olduğunu qeyd edirlər.
20:53 / 19 May 2025
Qazax və qırğız aşıqları PARİSDƏ oxudular
10
20:51 / 19 May 2025
Bu saatda qaz əchizatı dayandırılacaq.
1
20:50 / 19 May 2025
Fransada taksi sürücüləri etiraz aksiyası keçirib
3
20:40 / 19 May 2025
Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki döyüş əməliyyatlarında iştirakı sübut edilib
11
20:40 / 19 May 2025
İspaniyanın baş naziri Eurovision təşkilatçılarını ikili standartlarda ittiham edib
10
20:30 / 19 May 2025
Rusiyada dollar neçəyədir?
11
20:25 / 19 May 2025
Ruslar hansı ölkələri özlərinə düşmən hesab edir? - SORĞU
20
20:13 / 19 May 2025
Pilotumuzu ruslar ürəyindən vurubmuş? — Politoloqdan sensassion açıqlama
129
20:05 / 19 May 2025
Ukraynalılar Kim Çen Inı məhkəməyə verməyi məsləhət görüblər
25
19:58 / 19 May 2025
Zamindən hansı hallarda vəsait tutula bilər?
116
19:56 / 19 May 2025
Keçmiş nazirin ölkədən çıxışına “stop” qoyuldu
44
19:55 / 19 May 2025
Ağ Ev deyir: Qrenlandiya bizim olacaq
25
19:52 / 19 May 2025
Fransanın xeyrinə casusluq etmiş şəxslərin məhkəməsi - Şok ittihamlar səsləndi
26
19:45 / 19 May 2025
Tramp Putindən əvvəl Zelenskiyə zəng edib
28
19:35 / 19 May 2025
Qanun qəbul edildi: Rus təyyarələri vurulacaq
39
19:30 / 19 May 2025
Ukrayna ordusunda dəyişiklik
30
19:15 / 19 May 2025
ABŞ Rusiyanın Su-57 qırıcısının döyüş potensialını qiymətləndirib
38
19:07 / 19 May 2025
"30 ilə yaxındır ki, mətbuatda külüng çalıram, heç bir fəxri adım yoxdur" — Nəcibə İlkinlə MÜSAHİBƏ
2038
19:06 / 19 May 2025
FHN əməkdaşı qəflətən VƏFAT ETDİ
202
19:00 / 19 May 2025
Praqa şəhərinin mərkəzində böyük qaz sızması baş verib
32
18:58 / 19 May 2025
Dağıstanda zəlzələ olub
36
18:57 / 19 May 2025
Bu şəxslər çiyələk yeməməlidir - SƏBƏB
109
18:48 / 19 May 2025
Sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI - VİDEO
46
18:45 / 19 May 2025
Ağ Ev Putinlə Tramp arasında söhbətin başladığını bildirib
39
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.