Zəlzələ BAŞ VERDİ
13 Dekabr 2025, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
830
10.12.2024, 13:56
Ağstafa rayon Köçəsgər kənd sakini Mehman Məmmədovun iddiasına görə, tanışı şəmkirli iş adamı İbadət Məhərrəmov ondan oğlu Sərxan Məmmədovun yüngül cəza veriləcəyi adı ilə 58 min manat və 4500 ABŞ dolları pulunu aldatma yolu ilə ələ keçirdiyinə dair dəfələrlə ətraflı məlumat vermişdik.
CityPost.az xəbər verir ki,Mehman Məmmədovun dediyinə görə, aldatma yolu ilə ələ keçirdiyi pulları İbadət Məhərrəmovdan dəfələrlə geri tələb etsə də, O danışıqlar yolu ilə vaxt udmağa çalışmış və nəticədə aldığı pulları geri qaytarmaqdan imtina etmişdir. Əlacsız qalan zərərçəkən Mehman Məmmədov Baş Prokurorluğa məruz qaldığı dələduzluq əməlinə görə müraciət edib.
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Azər Kazımov tərəfindən araşdırılan iş hadisənin baş verdiyi əraziyə -aiddiyatı üzrə Tovuz Rayon Polis Şöbəsinə göndərilmişdir.
Cinayət İşi Tovuz Rayon Polis Şöbəsinin müstəntiqi baş polis leytenantı Elnar Məmmədov tərəfindən yetərincə araşdırılmadığı üçün Tovuz Rayon Prokuroru tərəfindən yenidən hərtərəfli araşdırma üçün istintaq mərhələsinə qaytarılmışdır.
Həmçinin oxuyun
Bu barədə zərəçəkmiş Mehman Məmmədova Tovuz Rayon Prokurorluğu tərəfindən məktub da göndərilib. Müstəntiq Elnar Məmmədovun ləğv edilmiş qərarından ruhlanan İbadət Məhərrəmov zərərçəkmiş Mehman Məmmədovu şərəf və ləyaqətini alçaltdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə dair xüsusi ittiham qaydasında Ağstafa Rayon Məhkəməsinə müraciət edib. İbadət Məhərrəmov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə iş Ağstafa rayon məhkəməsinin hakimi Natiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında araşdırılıb.
Mehman Məmmədov məhkəməyə vəsatət verərək bildirmişdi ki, Tovuz Rayon Prokurorluğu müstəntiq Elnar Məmmədov tərəfindən onun şikayətinə əsasən cinayət işinin başlanmasının rədd olunmasına dair çıxardığı qərar ləğv edildiyi üçün İbadət Məhərrəmovun onun barəsində məhkəməyə verdiyi şikayət ərizəsi baxılmamış saxlanılmalıdır.Hakim Natiq Abbasov tərəfindən vəsatət təmin edilərək və Tovuz Rayon Polis Şöbəsinə müvafiq sorğu göndərilmişdi. Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, şikayətçi M.Məmmədovun ərizəsi əsasında İbadət Məhərrəmov barədə materiallar toplanıb,araşdırma aparılır. 8 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasına İ.Məhərrəmovun vəkili Bəxtiyar Muradov elektron qaydada ərizə ilə müraciət edərək müvəkkilinin M.Məmmədov barədə verdiyi xüsusi ittiham qaydasında şikayəti geri götürdüyünü bildirib.
CityPost.az zərərçəkmiş Mehman Məmmədovdan baş verənlərə dair münasibət öyrənib. O, deyib: “ Mənim İbadət Məhərrəmovla şəxsi ədavətim,yaxud hər hansı bir düşmənçiliyim yoxdur.Hüquq-mühafizə orqanlarına yazdığım ərizədə,eləcə də dəfələrlə onun özünə və elçilərinə bildirmişəm ki, mənə vurduğu maddi ziyanı ödəsin.İbadətin cinayət məsuliyyətinə cəlb olunmasının,yaxud hər hansı bir qaydada tənbeh edilməsinin qətiyyən tərəfdarı deyiləm. O,illərdir ki,mənim başıma açdığı işlərlə məşğuldur.Onun ölkədən kənarda və ölkə içində törətdiyi bu kimi digər əməllərindən də xəbərdaram.Əgər,yola gəlməsə,sözsüz ki,törətdiyi əmələ görə məsuliyyətə cəlb ediləcək və qanunvericiliyin tələblərinə uyğun şəkildə cəzasını alacaq.Amma digər tərəfdən bu da yaxşı haldır ki, İbadət gec də olsa, səhv etdiyini deyəsən yavaş-yavaş başa düşür.”
21:58 / 13 Dekabr 2025
64
21:34 / 13 Dekabr 2025
307
21:21 / 13 Dekabr 2025
41
21:19 / 13 Dekabr 2025
45
21:15 / 13 Dekabr 2025
42
21:02 / 13 Dekabr 2025
43
20:49 / 13 Dekabr 2025
233
20:44 / 13 Dekabr 2025
54
20:36 / 13 Dekabr 2025
53
20:26 / 13 Dekabr 2025
60
20:01 / 13 Dekabr 2025
221
19:53 / 13 Dekabr 2025
73
19:21 / 13 Dekabr 2025
344
19:16 / 13 Dekabr 2025
103
18:32 / 13 Dekabr 2025
961
18:12 / 13 Dekabr 2025
161
18:02 / 13 Dekabr 2025
108
17:43 / 13 Dekabr 2025
1633
17:09 / 13 Dekabr 2025
105
16:55 / 13 Dekabr 2025
337
15:58 / 13 Dekabr 2025
114
15:47 / 13 Dekabr 2025
103
15:39 / 13 Dekabr 2025
125
15:08 / 13 Dekabr 2025
2869
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.