Qaynar xətt:

(+99450) 247 90 86

Göygöldə "Niva" aşdı- Qazi öldü

CƏMİYYƏT

186

16.12.2024, 12:19

Göygöldə "Niva” aşıb, ölən və yaralananlar var.

Oxu24.com ın məlumatına görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Belə ki, hərəkətdə  “Niva” markalı avtomobil dərəyə aşıb. Qəza zamanı sürücü 1997-ci il təvəllüdlü H.Hacıyev hadisə yerində ölüb, avtomobildə olan 2 nəfər isə xəstəxanaya  yerləşdirilib.

Qeyd edək ki, qəzada ölən sürücü vətən müharibəsinin qazisidir.

Faktla bağlı araşdırma aparılır.