Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda çayxana yandı- Video

2024/12/18/1734511534_sum.png

CƏMİYYƏT

263

18.12.2024, 13:52

Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən obyektdə yanğın baş verib.

Oxu24.com   xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Məlumata əsasən, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən birmərtəbəli çayxananın mətbəxində yanğın baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı iaşə obyektlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan birmərtəbəli çayxananın mətbəxinin yanar konstruksiyaları və əşyaları 20 kv.m. sahədə yanıb.

Çayxananın böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.