Qaynar xətt:

(+99450) 247 90 86

Qaxda qar yağır- Faktiki hava

2024/12/18/1734527105_qar-2.jpg

CƏMİYYƏT

237

18.12.2024, 17:03

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hazırda Şahdağ və Qaxda (Sarıbaş) qar yağır.

Ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi əsir. 

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Zaqatalada 30 m/s, Şahdağda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxıda 21 m/s, Kəlbəcərdə 18 m/s, Zəngilanda 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s, Naftalanda 14 m/s-yə çatır.