Baş nazir qərar imzaladı
16 May 2025, 16:11
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
127
19.12.2024, 12:47
Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası təsdiqlənib.
Oxu24.com xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qayda ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığının təmin edilməsində iştirak edən bazar iştirakçılarına dair meyarları müəyyən edir, habelə onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana - Dövlət Ehtiyatları Agentliyinə məlumat təqdim edilməsi üzrə təşkilati və hüquqi məsələləri tənzimləyir. Bu Qaydanın tələbləri strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, bu Qayda ilə müəyyən edilmiş meyarlara cavab verən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil edilir.
Hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları il ərzində strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olduqda bazar iştirakçısı hesab edilirlər. Ötən ildə strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olan hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının siyahısı cari ilin may ayının 15-dək Agentlik tərəfindən əldə edilir. Bazar iştirakçılarına onların hansı strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı olması və həmin mal üzrə təmin etməli olduğu minimal həcm barədə Agentlik tərəfindən hər il iyun ayının 1-dək yazılı bildiriş göndərilir.
Hər bir strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı tərəfindən təmin edilən minimal həcm aşağıdakı kimi hesablanır:
- bazar iştirakçısı kimi müəyyən edilən hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi müəyyən edilir;
- bazar iştirakçılarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi həmin mal üzrə bazarın ümumi həcminə vurularaq bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmi müəyyən edilir;
- bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payı aşağıdakı düsturla müəyyən edilir:
ÜH x BP
Həmçinin oxuyun
burada:
BİP =
ÜHbi
BİP - bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payı;
ÜH - müvafiq strateji əhəmiyyətli mal üzrə bazarın ümumi həcmi;
BP - bazar iştirakçısının müvafiq strateji əhəmiyyətli mal üzrə ümumi bazarda payı;
ÜHbi - müvafiq strateji əhəmiyyətli mal üzrə bazar iştirakçıları tərəfindən təqdim edilən malın ümumi həcmi;
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturası üzrə bazar iştirakçıları tərəfindən təmin edilən minimal həcm bazar iştirakçısının hesablanmış payına vurulmaqla bazar iştirakçısı tərəfindən müvafiq strateji əhəmiyyətli mal üzrə təmin edilən həcm hesablanır.
Bazar iştirakçıları hesabat ilinin 1 oktyabr tarixindən növbəti ilin 30 sentyabr tarixinədək onlar tərəfindən təmin edilən strateji əhəmiyyətli mallar üzrə anbar qalığının bu Qaydada göstərilən bildirişdə qeyd olunan minimal həcmini təmin edir.
18:20 / 16 May 2025
Ölkəni silkələyən dəhşətli qətllə bağlı son xəbər: Elgünü kim öldürüb? – RƏSMİ
82
18:05 / 16 May 2025
“Bəzi televiziya kanalları milli ideologiyaya və ailə dəyərlərinə zidd məzmun yayır" — Millət vəkili Ceyhun Məmmədovla MÜSAHİBƏ
80
17:57 / 16 May 2025
SON DƏQİQƏ! İclas bitdi,məlumatlar Prezidentə veriləcək
167
17:16 / 16 May 2025
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib
29
17:07 / 16 May 2025
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
29
16:42 / 16 May 2025
Alimenti verməyən qadına cinayət işi açıldı,həbs oluna bilər — Keçmiş ər-arvad məhkəmədə üz-üəzdir
366
16:11 / 16 May 2025
Baş nazir qərar imzaladı
92
15:41 / 16 May 2025
Eltisini evin mətbəxində əməliyyat edibmiş...
284
15:36 / 16 May 2025
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
57
15:18 / 16 May 2025
Alimenti ödəməyənləri hansı cəza gözləyir? — Vəkil məsuliyyəti açıqladı
151
14:38 / 16 May 2025
"Nazir teatrdan gedən kimi Mehriban Ələkbərzadə şəhid qızını təhqir elədi" - İDDİA
110
14:36 / 16 May 2025
İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
67
14:04 / 16 May 2025
SON DƏQİQƏ! Milli Məclis tibb sahəsində qərarlar qəbul etdi
496
14:03 / 16 May 2025
Trampın 11-ci nəvəsi doğulub
88
13:30 / 16 May 2025
Parlament oğurluq, özgənin əmlakını gizli talamaya görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib
84
13:10 / 16 May 2025
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
127
13:04 / 16 May 2025
Elgün anası ilə sonuncu dəfə nə danışıb?
903
12:42 / 16 May 2025
Milli Məclis pensiyalarla bağlı qərar qəbul edib
633
12:40 / 16 May 2025
Sabahın havası ilə bağlı açıqlama
121
12:38 / 16 May 2025
Borclularla bağlı - Yeni qayda
192
12:17 / 16 May 2025
SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi
956
12:15 / 16 May 2025
Məktəblərin bağlanma vaxtı dəyişir? - AÇIQLAMA
136
12:12 / 16 May 2025
Sumqayıtda şəhid Yusif Məmmədovla vida mərasimi keçirilib
104
12:01 / 16 May 2025
Azərbaycanda ticarət mərkəzində FACİƏ
1018
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.