Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir küçədə avtobus zolağına saat tətbiq edildi

CƏMİYYƏT

188

24.12.2024, 15:10

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, sözügedən küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

Zolaqlar ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradır.

Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.