Qaynar xətt:

(+99450) 247 90 86

Fərhad Qəribov vəfat etdi

CƏMİYYƏT

815

25.12.2024, 15:45

Milli Məclisin sabiq deputatı Fərhad Qəribov vəfat edib.

Oxu24.com  xəbər verir ki, 72 yaşlı eks-millət vəkili Bakıda dünyasını dəyişib. O, bu gün Kürdəmir rayonunda dəfn ediləcək.

Qeyd edək ki, deputat seçilməzdən əvvəl uzun müddət meliorasiya sahəsində çalışmış F.Qəribov müstəqillik illərində biznes fəaliyyəti ilə məşğul olub. O, illər əvvəl lisenziyası ləğv edilmiş “Debutbank”ın və bir neçə digər iri kommersiya müəssisələrinin sahibi idi.

F.Qəribov parlamentin 3-cü və 4-cü çağırış (2005-2015) deputatı olub.