Qaynar xətt:

(+99450) 247 90 86

Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır

2024/12/25/1735127144_1735125700.676bb5cb3b5ce202412243539.jpg

CƏMİYYƏT

707

25.12.2024, 16:02

AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində Zaqataladan səkkiz nəfər olub.

Oxu24.com   Lent.az-a istinadən xəbər verir ki, onlardan altısı həlak olub, ikisi yaralanıb.

Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.

Həlak olanlar:

Carayev Arif

Carayev Mahir

Carayev Hacı

Ceerov Xizri

Ceerova G.

Siracova Müslümət

Yaralılar:

Siracov Nurulla

Cəlilov Nizami

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərkən qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.