Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO

CƏMİYYƏT

200

27.12.2024, 01:25

Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç həbs edilib.

OXU24.COM  xəbər verir ki, nazir prokurorluğun göstərişi ilə Bosniya və Herseqovinanın Serbska Respublikasının Daxili İşlər Nazirliyi keçirdiyi xüsusi əməliyyat zamanı Şərqi Sarayevoda saxlanılıb.

Nenad Neşiç 2016-cı ildən 2020-ci ilədək “Serbska Respublikasının Yolları” İctimai Müəssisəsinin direktoru vəzifəsində işlədiyi dövrdə korrupsiyada ittiham olunur.