Qaynar xətt:

(+99450) 247 90 86

Sağ qalan bələdçidən videolarının mahnı ilə paylaşılmasına etiraz: "Aktrisa deyiləm..."

CƏMİYYƏT

669

27.12.2024, 22:49

Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin sağ qalan bələdçisi Aydan Rəhimli görüntülərinin hansısa mahnının fonunda paylaşılmasını istəmir.

OXU24.COM xəbər verir ki, bu barədə Aydanın müalicə olunduğu "Yeni Klinika"nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat yayıb:

"Əziz dostlar, bələdçi Aydan xanımın bir xahişini çatdırım: "Xahiş edirəm, deyin mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir".