Bağçalara qəbulda növbələrin yaradılması müvəqqəti dayandırılıb
23 May 2025, 16:07
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
859
28.12.2024, 12:29
Günlər keçdi, aylar bir-birini əvəz etdi, növbəti il artıq təqvimin astanasında dayanıb. Hər kəs köhnə problemləri elə köhnə ildə "azdırıb" yeni ilə keçmək istəyir. Həmişə olduğu kimi dərd-sərsiz, qayğısız bir ilə ümid edirik. Amma o vaxta qədər ki, yeni il axşamında süfrələrimizi bəzəyəcək təamların, naz-nemətin satıldığı bazarlara ayaq basırıq. Piştaxtalardakı qiymətlər bizə yeni il gəlməmiş "köhnə mallar, təzə qiymət" dedirdir. Çünki hər il olduğu kimi bu il də ərzaq qiymətlərində artım müşahidə olunub.
Vətəndaşların bayramla əlaqədar kənd təsərrüfatı və digər yerli qida məhsullarına olan tələbatlarını ödəmək üçün hər il olduğun kimi, bu il də Kənd Təsərrüfatı Nazirliyi “Aqrar Tədarük və Təchizat ASC” ilə birgə paytaxtın bir neçə yerində “Kənddən şəhərə” yarmarkaları təşkil edib.
OXU24.COM -ın əməkdaşları Gənclik metrostansiyasının çıxışında yerləşən yarmarkada qiymətlərlə maraqlanaraq bir ailənin Yeni il bayramı süfrəsinin neçə manata ərsəyə gələcəyini hesablayıb.
Girişdə yerləşdirilən məlumat lövhəsində məhsulların qiyməti ilə tanış olmaq mümkündür. Bununla yanaşı, fermerlər özləri də məhsulların keyfiyyəti ilə bağlı dolğun məlumat verirlər.
Keçək qiymətlərə...
Yeməklərin hazırlanmasında əsas məhsul olan mal ətinin qiyməti 17-20 manat təşkil edir. Bu qiymətlər market və qəssab mağazalarına görə dəyişir. Quzu əti isə 20 manat civarındadır.
Digər əsas məhsullardan olan kərə yağının qiyməti kiloqramına görə orta hesabla 16-25 manat, yarmarkada satılan nehrə yağının qiyməti isə 15-17 manatdır. Süfrənin əsas atributunu təşkil edən plov üçün istifadə edilən düyü 4-5, lobya qurusu 5-6, noxud 4, əncir qurusu 15 manatdır.
Salatlarda və soyuq yeməklərdə istifadə edilən marketlərdə satılan məhsullardan olan mayonezin qiyməti 1.70 (200 ml) – 2.90 (400 ml) arasındadır.
Yarmarkada isə, salatların digər tərkib hissələri olan zeytun (kiloqrama görə) 12-18, pendir çeşidləri (kiloqrama görə) 4 manatdan 15 manata qədər dəyişir. Turşuların qiyməti 2-10 manatdır. Yumurta 20-40 qəpik civarında, göyərti növləri 15 qəpiklə 30 qəpik arasında dəyişir.
Konservləşdirilmiş market məhsullardan olan qarğıdalı konservi (350-850 ml) 2.40-7 manatdır.
Meyvələrdən alma 0.50-2.50, armud 1.30-2, üzüm 2.50-3, portağal 0.80-2.50, naringi 0.80-2.80 manatdır.
Həmçinin oxuyun
Növlərinə əsasən qoz 5-7.50, fındıq 6-7, şabalıd 9, badam 5-6, püstə 28 manat təşkil edir.
Tərəvəzlərdən kartof orta hesabla 0.70-1.10, yerkökü 0.70-1, xiyar 3.50-3.90, pomidor 2-2.90 manatdır.
Beləliklə, 5 nəfərlik bir ailənin bayram süfrəsi orta hesabla 180-220 manata başa gəlir.
İstisadçı Xalid Kərimli bildirib ki, istehlak qiymətləri indeksi son 12 ayda 3,4 faiz bahalaşıb:
“İstehlak qiymətlərinin içərisinə daxil olan qidalara əsasən qiymətlər fərqlidir. Xüsusən Yeni il bayramında süfrəyə düzülən bir sıra məhsullar var ki, onların qiyməti daha çox artıb. Buna ət və ət məhsulları aiddir ki, bu kateqoriyada son 12 ayda 4.4 faiz artım müşahidə olunub. Meyvələr son 12 ayda 9 faizə qədər bahalaşıb. Kərə yağında isə 3 faizə qədər artım olub. Mineral sular, sərinləşdirici içkilərdə 4.7 faiz artım müşahidə olunub. Araq, konyak kimi məhsullarda isə 4,4 faiz qiymət bahalaşması qeydə alınıb”.
Ekspert qeyd edib ki, 2022-ci ilə nisbətən 2023-cü ildə qiymətlərdə artım daha sürətli olub.
“Eyni süfrəni vətəndaş əvvəlki ildəki kimi qurmağa çalışsa, təqribən 100 manatlıq süfrə artıq ona 105-106 manata başa gələcək. Təbii ki, vətəndaşlar süfrələrini öz büdcələrinə uyğun qururlar və onun necə qurulması insanların öz istəyindən asılıdır. İstənilən halda vətəndaş eyni məhsulları süfrəsinə düzmək üçün 5-6 faiz daha çox pul xərcləməlidir".
16:08 / 23 May 2025
İbrahim Borçalının ailəsində AĞIR İTKİ
2
16:07 / 23 May 2025
Bağçalara qəbulda növbələrin yaradılması müvəqqəti dayandırılıb
6
15:42 / 23 May 2025
May ayının pensiyaları ödənilib
20
15:40 / 23 May 2025
Rusiyaya kütləvi PUA hücumu
16
15:32 / 23 May 2025
20 yaşlı şəxsi ilan sancıb
25
15:30 / 23 May 2025
Prezident həmin dəyişikliyi təsdiqlədi
241
15:20 / 23 May 2025
Netanyahu Qərb liderlərini günahlandırır
20
15:14 / 23 May 2025
Bu yolda təmir başlayır
27
15:00 / 23 May 2025
Efirdə biabırçılıq: 60 yaşlı qadın hamilə olduğunu deyir +VİDEO
161
14:50 / 23 May 2025
Qaz kəsildi
34
14:41 / 23 May 2025
SON DƏQİQƏ! Naibə Allahverdiyeva döyüldü,keçmiş əri tutuldu
277
14:40 / 23 May 2025
Bu ölkədə güclü zəlzələ oldu
37
14:30 / 23 May 2025
Gürcüstan ruslara və belaruslara ölkədən avtomobil ixrac etməyi qadağan edib
50
14:13 / 23 May 2025
Bu ölkədə telegram bağlanır
42
14:08 / 23 May 2025
Qazaxıstandan vurulan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama
127
13:57 / 23 May 2025
Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib
39
13:35 / 23 May 2025
Nazirlikdə yeni təyinat olub
474
13:35 / 23 May 2025
Aİ nümayəndəsi Gürcüstana buraxılmayıb
74
13:31 / 23 May 2025
Çoxdan gözlənilən QƏRAR VERİLDİ: 65 yaşdan sonra...
812
13:27 / 23 May 2025
Lavrov Ukrayna ilə yeni danışıqlar haqqında danışıb
45
13:26 / 23 May 2025
Muxtar Babayevin vəzifəsi ilə bağlı - QƏRAR
66
13:25 / 23 May 2025
Mirasa şərik olanların NƏZƏRİNƏ: Yeni qayda qəbul edilir
86
13:11 / 23 May 2025
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
60
13:05 / 23 May 2025
Məhkəmə Trampın Təhsil Departamentini bağlamasına mane oldu
46
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.