DYP sürücülər üçün vacib AÇIQLAMA YAYDI
14 Dekabr 2025, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
488
10.01.2025, 22:00
Yanvarın 16-da Mars planeti qarşıdurmada olacaq. Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir. Bu, Marsın tam işıqlanmış və Yerə yaxın mövqelərdən birində olduğu vəziyyətdir.
oxəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, qarşıdurma vəziyyətində Mars tam gecə boyunca görünür. Bu mövqe Marsın həm teleskopla, həm də adi gözlə ən yaxşı müşahidə olunduğu vaxtlardan biridir. Planet daha parlaq və böyük görünür, buna görə də onun xüsusiyyətlərini öyrənmək üçün astronomlar üçün ideal şərait yaranır. Eyni zamanda, yanvarın 12-də saat 23:00-da Mars Yerə 0.642 AV (96.079 milyon km) yaxın məsafədə olacaq. Hər Mars yaxınlaşması bir neçə gün fərqlə, demək olar ki, eyni vaxtda baş verən bir qarşıdurma ilə müşayiət olunur. Bu gecikmə Mars orbitinin nəzərəçarpacaq dərəcədə elliptik olması ilə əlaqədardır. Bu dəfə Mars Yerə yaxın mövqedə olanda onun görünən bucaq ölçüsü 14.6" (bucaq saniyəsi), parlaqlığı isə -1.4m ulduz ölçüsünə çatacaq. Başqa sözlə, adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq.
Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan saat 07:41-ə kimi görünəcək. Saat 01:14-də Mars göy meridianını keçəcək və həmin an üfüqdən 74° hündürlükdə olacaq.
Marsın ən böyük qarşıdurması Yerlə Marsın bir-birinə ən yaxın olduğu və Marsın göydə mümkün olan ən böyük parlaqlığa və bucaq ölçüsünə çatdığı hadisədir. Bu fenomen Marsın elliptik orbitinin təsiri ilə əlaqədardır, çünki Mars orbitində Günəşə nisbətən fərqli məsafələrdə hərəkət edir. Marsın ən böyük qarşıdurması təxminən 15-17 ildə bir dəfə baş verir. Bu, Mars Günəşə ən yaxın nöqtəsində - perihelidə olduğu zaman və Yer Marsa mümkün qədər yaxın olduqda baş verir. Belə hadisələrdə Mars ilə Yer arasındakı məsafə təxminən 0.37 AV (55 milyon kilometrə yaxın) olur.
Həmçinin oxuyun
Ən böyük qarşıdurma zamanı Marsın bucaq ölçüsü təxminən 25.1"-yə qədər artır və bu, adi qarşıdurmalarda olduğundan daha böyükdür. Parlaqlığı -2.9m ulduz ölçüsünə qədər yüksəlir ki, bu halda Mars Veneradan sonra gecə səmasında ən parlaq obyekt olur. Marsın səthindəki əsas detallar, məsələn, qütb papaqları, səhralar və albedo xüsusiyyətləri teleskop vasitəsilə aydın görünə bilər.
Marsın son dövrlərdə bir neçə böyük qarşıdurma hadisəsi baş verib:
* 2003-cü il 27 avqust: Mars Yerdən cəmi 55.7 milyon kilometr məsafədə olub. Bu, son 60 000 ilin ən yaxın qarşıdurması idi. Marsın bucaq ölçüsü təxminən 25.1" olmuşdu və bu hadisə böyük müşahidə kampaniyaları ilə müşayiət edilmişdi.
* 2018-ci il 27 iyul: Bu zaman Mars cəmi 57.6 milyon kilometr məsafədə olub.
Növbəti böyük qarşıdurmanın 15 sentyabr 2035-ci ildə baş verəcəyi gözlənilir. Bu zaman Mars Yerdən təxminən 56 milyon kilometr məsafədə olacaq.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.