Professor Nərgiz Paşayeva üçün özəl gün: Həyatı,ailəsi,yaradıcılığı haqqında MARAQLI FAKTLAR
13 Dekabr 2025, 12:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
915
21.01.2025, 14:18
Xəbər verdiyimiz kimi, 2023-cü ildə İranda saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli 3 gün əvvəl İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb.
Oxu24.com xəbər verir ki, tələbənin anası Dilarə Əsgərova sosial şəbəkə hesabında oğlunun azadlığa çıxması ilə bağlı sevincini bölüşüb.
O, oğlunun 23 ayda yaşadıqları haqda bunları yazıb: “Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi” deyib.
ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.
D.Əsgərova bildirib ki, Fəridə heç bir aidiyyəti olmayan mövzularla onu saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər: “Məsələn: yapışıblar yaxasından ki, cavab ver “Niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır?” və sair. Düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir (İranda inqilab məhkəməsində hakimlər hüquqşünaslar deyil, mollalardır). Deyir, bütün bu işləri görən adamlar hələ azanın vaxtı gələndə tez prosesi dayandırıb qaçırdılar ibadət etməyə və bu riyakarlıq oranı daha da dözülməz edirdi. İnsana ən çox təsir edən də bu vəhşilər uşağa əziyyət ediblər ki, sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim bir qızımızdan istifadə etmisən, halbuki bu uşaq ora sadəcə pak, həqiqi hisslərlə getmişdi. Əslində isə istər SEPAH-ın terroristləri, istərsə də rejimin mollaları özləri xanımlardan bütün məqsədləri üçün sui-istifadə edirlər.
Həmçinin oxuyun
SEPAH-ın istintaqı gedərkən ilk 51 gün (ilk 3 gün 2 kv.m-lik kiçik bir hücrədə) kiçik bir otaqda tək-tənha asılmaq təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yağdırılan söyüşləri eşitmək nə qədər dəhşətlidir, hələ başqa nələr.
Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik.
Statusumu Fəridin sözləri ilə bitirmək istəyirəm: “İran rejimi 23 ay azadlıqdan daha çoxunu aldı məndən. Sanki Oruellin həmin məşhur, mental olaraq işgəncə və dəhşət dolu əsərini reallıqda yaşamaq kimi idi bu”.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi olan Fərid Səfərli 2023-cü ilin fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. Fərid istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunmuşdu və məhkəmə onun barəsində 2 il həbs hökmü çıxarmışdı. Fərid Səfərli isə məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirmişdi.
12:16 / 13 Dekabr 2025
16
12:08 / 13 Dekabr 2025
22
11:44 / 13 Dekabr 2025
33
11:30 / 13 Dekabr 2025
48
11:09 / 13 Dekabr 2025
570
11:07 / 13 Dekabr 2025
247
10:25 / 13 Dekabr 2025
780
09:15 / 13 Dekabr 2025
744
09:06 / 13 Dekabr 2025
340
08:45 / 13 Dekabr 2025
117
08:37 / 13 Dekabr 2025
138
00:28 / 13 Dekabr 2025
138
00:14 / 13 Dekabr 2025
1054
00:01 / 13 Dekabr 2025
694
23:20 / 12 Dekabr 2025
624
23:12 / 12 Dekabr 2025
109
22:41 / 12 Dekabr 2025
13644
22:05 / 12 Dekabr 2025
146
21:58 / 12 Dekabr 2025
2897
21:45 / 12 Dekabr 2025
135
19:31 / 12 Dekabr 2025
1139
19:20 / 12 Dekabr 2025
2250
19:04 / 12 Dekabr 2025
1325
19:02 / 12 Dekabr 2025
185
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.