Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
907
21.01.2025, 16:20
"Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi” deyib".
Oxu24.com xəbər verir ki, bunu İrandan təhvil alınaraq ölkəmizə qaytarılan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova sosial şəbəkə hesabında yazıb. O bildirib ki, ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir:
"Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.
Həmçinin oxuyun
D.Əsgərova əlavə edb ki, Fəridə heç bir aidiyyəti olmayan mövzularla onu saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər: “Məsələn: yapışıblar yaxasından ki, cavab ver “Niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır?” və sair. Düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir (İranda inqilab məhkəməsində hakimlər hüquqşünaslar deyil, mollalardır). Deyir, bütün bu işləri görən adamlar hələ azanın vaxtı gələndə tez prosesi dayandırıb qaçırdılar ibadət etməyə və bu riyakarlıq oranı daha da dözülməz edirdi. İnsana ən çox təsir edən də bu vəhşilər uşağa əziyyət ediblər ki, sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim bir qızımızdan istifadə etmisən, halbuki bu uşaq ora sadəcə pak, həqiqi hisslərlə getmişdi. Əslində isə istər SEPAH-ın terroristləri, istərsə də rejimin mollaları özləri xanımlardan bütün məqsədləri üçün sui-istifadə edirlər. SEPAH-ın istintaqı gedərkən ilk 51 gün (ilk 3 gün 2 kv.m-lik kiçik bir hücrədə) kiçik bir otaqda tək-tənha asılmaq təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yağdırılan söyüşləri eşitmək nə qədər dəhşətlidir, hələ başqa nələr.
Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik. Statusumu Fəridin sözləri ilə bitirmək istəyirəm: “İran rejimi 23 ay azadlıqdan daha çoxunu aldı məndən. Sanki Oruellin həmin məşhur, mental olaraq işgəncə və dəhşət dolu əsərini reallıqda yaşamaq kimi idi bu”.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi olan Fərid Səfərli 2023-cü ilin fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. Fərid istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.
15:47 / 13 Dekabr 2025
1
15:39 / 13 Dekabr 2025
14
15:08 / 13 Dekabr 2025
708
14:50 / 13 Dekabr 2025
39
14:38 / 13 Dekabr 2025
56
14:28 / 13 Dekabr 2025
55
14:22 / 13 Dekabr 2025
51
14:12 / 13 Dekabr 2025
166
13:14 / 13 Dekabr 2025
549
13:07 / 13 Dekabr 2025
312
12:58 / 13 Dekabr 2025
165
12:16 / 13 Dekabr 2025
977
12:08 / 13 Dekabr 2025
112
11:44 / 13 Dekabr 2025
76
11:30 / 13 Dekabr 2025
92
11:09 / 13 Dekabr 2025
918
11:07 / 13 Dekabr 2025
404
10:25 / 13 Dekabr 2025
1116
09:15 / 13 Dekabr 2025
876
09:06 / 13 Dekabr 2025
734
08:45 / 13 Dekabr 2025
134
08:37 / 13 Dekabr 2025
159
00:28 / 13 Dekabr 2025
159
00:14 / 13 Dekabr 2025
1121
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.