İtkin balıqçılar tapılmayıb - Rəsmi
13 Dekabr 2025, 00:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
599
22.01.2025, 09:44
Məlum olduğu kimi, bu gün Azərbaycanda 1 nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb.
Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 22 yaşlı şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi, oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi bildirilir.
Laborator müayinələrdən sonra meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənən şəxs hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. Məlumatda, həmçinin şəxsin ailə üzvlərində xəstəlik əlamətlərinin olmadığı açıqlanıb.
Meymunçiçəyi ilə bağlı xəbərlərin yayılması insanlar arasında təşvişə səbəb olub. Sosial mediada və mətbuatda ölkədə qapanmaların elan edilib-edilməyəcəyi müzakirə olunur.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, bu xəstəlik hava-damcı yolu ilə yoluxmadığı üçün sürətli yoluxma qabiliyyətinə malik deyil:
Həmçinin oxuyun
"Yəni burda yoluxma üçün dəri ilə təmas olmalıdır. ÜST məlumatına görə, meymunçiçəyi ağrılı səpgilər, böyümüş limfa düyünləri, qızdırma, baş ağrısı, əzələ ağrısı, bel ağrısı və halsızlıq kimi simptomlara səbəb ola bilən yoluxucu bir xəstəlikdir. Əksər insanlar tamamilə sağalır, lakin bəziləri çox ağır xəstələnə bilər. Meymunçiçəyi əsasən bu xəstəliyə yoluxmuş şəxslə yaxın təmas yolu ilə insandan-insana keçir, buna eyni evdə yaşayan ailə üzvləri də daxildir. Yaxın təmas dəridən-dəriyə, və ya ağızdan-ağıza təmasla baş verir və həmçinin xəstəliyi olan bir şəxslə üz-üzə olmaq zamanı da mümkündür".
Millət vəkili qeyd edib ki, həmçinin bu virusun diaqnostikasının aparılması üçün ölkəmizdə kifayət qədər təchizat, texniki avadanlıqlar mövcuddur və bu, elm aləminə bilinən virusdur:
"Meymunçiçəyi üçün üstünlük verilən laboratoriya testi polimeraza zəncirvari reaksiya (PCR) ilə virusun DNT-si aşkar edilə bilir. Onun müalicəsi İİV əleyhinə preparatlarla aparılır və vaksini də mövcuddur"
"Ölkəmizin karantinə hazır olub-olmaması ilə bağlı suala gəlincə isə, öncəki COVİD-19 pandemiyasının bütün dünyada ləğv edilməsinin elan edilməsindən cəmi 2 ilə yaxın vaxt keçib və burada öyrənilmiş dərslər, pandemiyanın idarəedilməsi ilə bağlı əldə edilmiş təcrübə var, lakin bu, virusun aqressiv təbiətinə çox bağlıdır"- deyə o qeyd edib.
00:28 / 13 Dekabr 2025
23
00:14 / 13 Dekabr 2025
264
00:01 / 13 Dekabr 2025
166
23:20 / 12 Dekabr 2025
101
23:12 / 12 Dekabr 2025
33
22:41 / 12 Dekabr 2025
2152
22:05 / 12 Dekabr 2025
62
21:58 / 12 Dekabr 2025
133
21:45 / 12 Dekabr 2025
61
19:31 / 12 Dekabr 2025
753
19:20 / 12 Dekabr 2025
1838
19:04 / 12 Dekabr 2025
938
19:02 / 12 Dekabr 2025
116
17:40 / 12 Dekabr 2025
1241
17:29 / 12 Dekabr 2025
79
17:11 / 12 Dekabr 2025
1227
16:38 / 12 Dekabr 2025
1211
16:35 / 12 Dekabr 2025
173
16:30 / 12 Dekabr 2025
137
16:29 / 12 Dekabr 2025
90
15:18 / 12 Dekabr 2025
428
15:12 / 12 Dekabr 2025
102
14:51 / 12 Dekabr 2025
169
14:50 / 12 Dekabr 2025
168
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.