İtkin balıqçılar tapılmayıb - Rəsmi
13 Dekabr 2025, 00:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
230
23.01.2025, 20:50
Bir çoxları deyir ki, ziyanlı olan bir şey həm də haramdır. Buna görə də onlar siqaretin də haram olduğunu iddia edirlər. Dində siqaretlə bağlı nə buyurulub? Siqaret haramdır?
OXU24.COM xəbər verir ki, bu barədə ilahiyyatçı Elşad Miri bildirib ki, Quranda nələrin haram olduğu müəyyənləşdirilib, başqa kiminsə nəyisə haram elan etməsi mümkün deyil. Hətta peyğəmbərin belə haram qoymaq səlahiyyəti olmayıb:
"Siqaret çəkmək insanın özünə zərər verir, ətrafındakılara ziyanı var. Həmçinin israf sayılır. Bəziləri bu 3 nüansı nəzərə alaraq iddia edir ki, siqaret haramdır. Amma bu, yenə də doğru deyil. Çünki ona qalsa, insan sevdiyi bir paxlavanı belə çox yediyi zaman ona zərərli olur və şəkər xəstəliyinə gətirib çıxarır. Yaxud bu gün kiminsə maşının tərkibindən çıxan karbon maddəsi kənardakı insanlara təsir eləyir və s. Bu siyahını artıra bilərik. Ancaq bu məsələlərə görə nəyinsə haram olduğunu iddia etmək doğru deyil. Doğrudur, siqaret zərərlidir, xoş qarşılanmır, insanlara heç bir faydası yoxdur, ona görə bundan uzaqlaşmaq lazımdır. Lakin bunu Allahın əmri kimi təqdim etmək və haram demək düzgün deyil".
Həmçinin oxuyun
İlahiyyatçı vurğulayıb ki, siqareti qadağan etmək olar:
"Necə ki ictimai yerlərdə çəkilməsini yasaqlaya bilərlər. İnsanın bəzən özündən utanmasına gətirib çıxaracaq şərait yaradıla bilər ki, bunun nəticəsində insan həqiqətən siqaretdən iyrənər, tərgidər və həyatını daha təmiz şəkildə davam etdirər. Eyni prizmadan qəlyana da yanaşa bilərik"
00:28 / 13 Dekabr 2025
23
00:14 / 13 Dekabr 2025
264
00:01 / 13 Dekabr 2025
166
23:20 / 12 Dekabr 2025
101
23:12 / 12 Dekabr 2025
33
22:41 / 12 Dekabr 2025
2152
22:05 / 12 Dekabr 2025
62
21:58 / 12 Dekabr 2025
133
21:45 / 12 Dekabr 2025
61
19:31 / 12 Dekabr 2025
753
19:20 / 12 Dekabr 2025
1838
19:04 / 12 Dekabr 2025
938
19:02 / 12 Dekabr 2025
116
17:40 / 12 Dekabr 2025
1241
17:29 / 12 Dekabr 2025
79
17:11 / 12 Dekabr 2025
1227
16:38 / 12 Dekabr 2025
1211
16:35 / 12 Dekabr 2025
173
16:30 / 12 Dekabr 2025
137
16:29 / 12 Dekabr 2025
90
15:18 / 12 Dekabr 2025
428
15:12 / 12 Dekabr 2025
102
14:51 / 12 Dekabr 2025
169
14:50 / 12 Dekabr 2025
168
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.