Qaynar xətt:

(+99450) 247 90 86

Narkotik ittihamı ilə həbs edilən aktyor azadlıqda

2025/01/27/1738001954_1737999725_hasanaga.jpg

CƏMİYYƏT

1182

27.01.2025, 21:13

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov azadlığa buraxılıb.

RegionXəbərləricom.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Həsənağa Məmmədov açıqlamasında istintaq prosesində olduğu üçün detallı danışmaqdan imtina edib: 

“Məhkəmə araşdırdı və mənim barəmdəki həbs-qətimkan tədbirini dəyişdi”.