Qaynar xətt:

(+99450) 247 90 86

Yoxlama aparıldı, təhsil sektorunun müdiri işdən çıxarıldı

2025/02/03/1738573303_xeyal.jpg

CƏMİYYƏT

265

03.02.2025, 13:00

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifədən azad edilib.

Bu barədə  Oxu24.com   un sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda nəzarət-yoxlama tədbirləri həyata keçirilib.

Aparılmış nəzarət-yoxlama tədbirlərinin nəticəsinə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifəsindən azad edilib.