"Qarabağ" dan Nərimanla bağlı paylaşım: Nəyə işarə edildi?
14 Dekabr 2025, 20:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
680
04.02.2025, 15:23
“Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı aidiyyəti qanunvericilik aktları ilə Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək”.
Oxu24.com xəbər verir ki, bu barədə Report-a ADRA-dan bildirilib.
Qeyd olunub ki, “Reklam haqqında” Qanunun 4.7-ci və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7.1-1-ci maddələrinə görə reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər.
Məlumata görə, reklam qurğularında yerləşdirilən reklamın mətnində digər dillərdən istifadə olunduğu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.
Agentlikdən bildirilib ki, Azərbaycan Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə görə Dövlət Reklam Agentliyi açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan hallarda və qaydada, həmçinin “Reklam haqqında” qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür.
Həmçinin oxuyun
Həmin Qaydanın 3.2-3.5-ci bəndlərinə əsasən Dövlət Reklam Agentliyi açıq məkanda icazə əsasında yayımlanan və yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamlarda “Reklam haqqında” qanunun və digər qanunvericilik aktlarının pozulması hallarını aşkar etdikdə, eləcə də icazəsiz və yayım haqqını vaxtında ödəmədən reklam yayımı hallarını müəyyənləşdirdikdə, pozuntu halları təsvir olunmaqla, müvafiq akt tərtib edir və həmin pozuntuların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş verir.
Sözügedən yazılı göstərişdə nəzərdə tutulan tələblər yerinə yetirilmədikdə, qanunvericilik aktlarının müddəaları pozulmaqla yayımlanan reklamın yayımının dayandırılması istiqamətində zəruri tədbirlər görülür.
Bununla yanaşı, adıçəkilən Qaydanın 3.7-ci bəndinə əsasən Dövlət Reklam Agentliyi reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir.
Qeyd olunan faktla bağlı aidiyyəti qanunvericilik aktları ilə Agentliyə verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək
20:16 / 14 Dekabr 2025
11
19:55 / 14 Dekabr 2025
37
19:50 / 14 Dekabr 2025
25
19:36 / 14 Dekabr 2025
34
19:27 / 14 Dekabr 2025
94
19:22 / 14 Dekabr 2025
52
18:57 / 14 Dekabr 2025
1868
17:55 / 14 Dekabr 2025
711
16:45 / 14 Dekabr 2025
1146
15:41 / 14 Dekabr 2025
908
15:09 / 14 Dekabr 2025
86
14:56 / 14 Dekabr 2025
186
14:08 / 14 Dekabr 2025
2142
13:58 / 14 Dekabr 2025
107
13:27 / 14 Dekabr 2025
123
13:18 / 14 Dekabr 2025
102
13:09 / 14 Dekabr 2025
140
12:54 / 14 Dekabr 2025
537
12:18 / 14 Dekabr 2025
1100
12:06 / 14 Dekabr 2025
2331
11:38 / 14 Dekabr 2025
111
11:30 / 14 Dekabr 2025
777
11:22 / 14 Dekabr 2025
86
10:43 / 14 Dekabr 2025
1134
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.