"Azercell"dən növbəti bahalaşma qərarı — Yanvarın 13-dən...
13 Dekabr 2025, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
847
04.02.2025, 16:43
Bakıda ona yol vermək istəməyən şəxsin boynunu sındıran taksi sürücüsünə hökm oxunub.
Oxu24.com xəbər verir ki, hadisə ötən il mayın 30-da saat 04:30 radələrində Bayılda baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Elmar Bağırov (ad, soyad şərtidir) həmin vaxt taksi kimi idarə etdiyi avtomobillə sifariş qəbul etməyə gedib.
Bu zaman Xəyyam dostu Rasim və iki qadının olduğu avtomobildə tək hərəkət zolağının olduğu yola daxil olub.
Nəticədə bir-birinə yol vermək üstündə sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində sərxoş vəziyyətdə olan Xəyyam taksi sürücüsü Elmara hücum edib. Lakin o, yerə yıxılıb. Bu zaman Elmar yerdə olan şəxsin boynunu sıxaraq ona ağır xəsarət yetirib.
Xəyyam hər iki əl və ayaqlarının hərəkətinin pozulması ilə nəticələnən və onurğa beyninin ağır dərəcəli əzilməsi, 3-cü boyun fərəqəsinin sınıq-çıxığı ilə müşayiət olunan qapalı fərəqə sütunu travması alıb. Boynu sınan şəxs ağır vəziyyətdə evinə aparılıb.
Həmçinin oxuyun
Zərərçəkmiş şəxsin qardaşı ifadəsində bildirib ki, hadisə nəticəsində Xəyyamın bədəninin 95 faizi funksionallığını itirib: “Hadisə günü gecə saat 04:25-də Rasim adlı dostu qardaşım Xəyyamı halsız və içkili vəziyyətdə gətirib mənə təhvil verdi. Daha sonra Xəyyamı Rasimin maşını ilə təcili tibbi yardım stansiyasına apardıq. Orada içkili olduğu üçün Xəyyamı “Semaşko”ya apararaq mədəsini yuduzdurmalı olduğumuzu dedilər. Xəyyam özünə gəldikdən sonra xəstəxanaya getmək istəmədiyini dedi. Çünki Xəyyamın özünün də boynunun sınmasından xəbəri yox idi. Qardaşım yaxşı olduğunu dedikdən sonra onu evdə qoyaraq işə getdim.
Axşam saat 5-6 radələrində bacım zəng edərək Xəyyamın boynundan aşağı bədən hissəsini hiss etmədiyni dedi. Mən çatana qədər polislər evimizə getmişdi və Xəyyamı TTYS-ə apardılar. 2-3 gün sonra qonşunun qapısında quraşdırılmış müşahidə kameralarına düşmüş videogörüntüyə baxdıqda təqsirləndirilən şəxslə Rasimin mübahisəsi olduğunu, Xəyyamın araya girdiyini və mübahisə nəticəsində belə bir hadisə olduğunu gördük. Hazırda qardaşımın bədəninin 95 faizi işləmir. Xəyyam ümumilikdə 55 gün xəstəxanada qaldı. 50 gün müddətində süni tənəffüs aparatında oldu”.
İbtidai istintaq Elmarı Cinayət Məcəlləsinin 126.1-ci (Qsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham etsə də, məhkəmə bununla razılaşmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin 130.1-ci, yəni, “zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə təqsirli bilinməsinə qərar verib.
Ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq taxılıb.
13:07 / 13 Dekabr 2025
5
12:58 / 13 Dekabr 2025
23
12:16 / 13 Dekabr 2025
429
12:08 / 13 Dekabr 2025
48
11:44 / 13 Dekabr 2025
43
11:30 / 13 Dekabr 2025
53
11:09 / 13 Dekabr 2025
721
11:07 / 13 Dekabr 2025
332
10:25 / 13 Dekabr 2025
941
09:15 / 13 Dekabr 2025
825
09:06 / 13 Dekabr 2025
373
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
146
00:28 / 13 Dekabr 2025
142
00:14 / 13 Dekabr 2025
1084
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
646
23:12 / 12 Dekabr 2025
114
22:41 / 12 Dekabr 2025
14644
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3110
21:45 / 12 Dekabr 2025
138
19:31 / 12 Dekabr 2025
1163
19:20 / 12 Dekabr 2025
2275
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.