Əmr imzalandı: Eldar Mahmudovun qohumu vəzifəyə gətirildi
15 Dekabr 2025, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1082
11.02.2025, 09:40
Son illərdə yuxu dərmanlarının istifadəsi artıb, amma bu dərmanların sağlamlıq üzərindəki mənfi təsirləri barədə narahatlıqlar da gündəmdədir. Yuxusuzluq problemi ilə üzləşən bir çox insan bu dərmanlara müraciət edərək rahatlıq tapmağa çalışır. Lakin, mütəxəssislər uzunmüddətli istifadənin ciddi ziyanlara yol açdığına diqqət çəkirlər.
OXU24.COM xəbər verir ki, yuxu dərmanlarının ən çox istifadə edilən növləri bədənin təbii yuxu ritmini pozaraq insana süni şəkildə yuxu gətirən məhsullardır. Bu dərmanlar xüsusən də benzodiazepinlər və hipnotiklər, bəzən lazımlı olsalar da, istifadəçiləri asılılığa sala və zamanla orqanizmə ziyan verə bilər.
ABŞ-də böyüklərin üçdə biri və yeniyetmələrin 80 faizi yuxu çatışmazlığından əziyyət çəkir. Problemdən çıxış yolu kimi əksəriyyət yuxu həblərindən istifadə edir.
Həmçinin oxuyun
Bəs bu dərmanların orqanizmə mənfi təsirləri varmı?
Siçanlar üzərində aparılan araşdırma zamanı məlum olub ki, həb qəbul edən gəmiricilər daha tez və daha dərin yuxuya gedirlər. Lakin onların beyinlərinin təmizləmə prosesinin zəiflədiyi müəyyənləşib. Tədqiqat göstərib ki, yuxu həblərinin qısamüddətli istifadəsi məqbul sayılsa da, uzunmüddətli təsirləri, beyin fəaliyyətini kütləşdirir. Yuxunun insan sağlamlığı üçün əhəmiyyəti danılmazdır. O immunitet sistemindən tutmuş yaddaş və öyrənmə funksiyalarına qədər müxtəlif proseslərdə mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, yuxu hələ də tam anlaşılmamış, çoxşaxəli bir prosesdir. Onun xatirələri gücləndirmək, beyni təmizləmək, hormon balansını qorumaq və hətta sümüklərin böyüməsi kimi müxtəlif funksiyaları yerinə yetirdiyi düşünülür.
Son olaraq yuxu dərmanlarının istifadəsi mütləq həkim nəzarətində olmalı, özbaşına istifadə edildikdə isə ciddi sağlamlıq riskləri daşıyır. Yuxusuzluqla mübarizədə doğru yanaşmalar və həkim tövsiyələri çox önəmlidir.
13:00 / 15 Dekabr 2025
1
12:42 / 15 Dekabr 2025
274
12:36 / 15 Dekabr 2025
17
11:45 / 15 Dekabr 2025
61
11:43 / 15 Dekabr 2025
41
11:11 / 15 Dekabr 2025
77
10:38 / 15 Dekabr 2025
205
10:34 / 15 Dekabr 2025
50
10:30 / 15 Dekabr 2025
56
10:15 / 15 Dekabr 2025
58
10:04 / 15 Dekabr 2025
78
09:43 / 15 Dekabr 2025
735
09:40 / 15 Dekabr 2025
55
09:38 / 15 Dekabr 2025
70
09:36 / 15 Dekabr 2025
68
09:11 / 15 Dekabr 2025
68
09:02 / 15 Dekabr 2025
632
08:48 / 15 Dekabr 2025
48
08:31 / 15 Dekabr 2025
509
23:58 / 14 Dekabr 2025
302
23:35 / 14 Dekabr 2025
137
22:57 / 14 Dekabr 2025
142
22:24 / 14 Dekabr 2025
446
21:54 / 14 Dekabr 2025
171
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.