Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2054
11.02.2025, 13:47
Elton Məmmədov binanın damını satdı
Bakının Şamaxinka kimi tanınan ərazisində Yasamal rayonu,Moskva prospekti 8,3168-ci məhəllə ünvanında yerləşən “MAİN” Yaşayış Kompleksinin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədova məxsus olduğu heç kimə sirr deyil.
Citypost.az xəbər verir ki, həmin kompleksdə çoxlu sayda günün tələblərinə cavab verməyən,heç bir müvafiq lisenziyası olmadan qanunsuz (təndirxana,şirniyyat sexi,avtoyuma məntəqəsi,aptek,təsərrüfat və tikinti materialları dükanı,estetik kabinet və digər təyinatlı mağazalar) ticarət-iaşə obyektləri fəaliyyət göstərir.
Kompleksin sakinləri “MAİN” MTK-nın rəhbərliyindən şikayətçidirlər. Kompleksdə yerləşən 11 saylı , 18 mərtəbəli binanın dam hissəsi Elton Məmmədov tərəfindən hansısa iş adamına yüksək məbləğdə pula satıldığına dair iddialar var. Binanın dam hissəsində qanunsuz, hazırda mövcud olan heç bir tikinti normalarına cavab verməyən tikinti-quraşdırma işləri aparılıb. Bina sakinlərinin FHN-ə,Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətlərinə və digər müvafiq aidiyyatı orqanlara müraciətlərindən sonra qeyri-qanuni aparılmış tikinti-quraşdırılma işləri dərhal dayandırılıb və Yasamal Rayon İcra Hakimiyyətinin göstərişinə əsasən söküntü işlərinin aparılmasına start verilib.
Həmçinin oxuyun
Aparılmış qeyri-qanuni tikinti işlərinin nəticəsi olaraq 10-dan çox mənzildə çat əmələ gəlib və binada təhlükəli vəziyyət yaranıb.Tikintinin təyinatı və kim tərəfindən aparıldığı bəlli deyil.
Müxbirimizlə söhbət zamanı söküntü işlərini aparan şəxslər Yasamal Rayon İcra Hakimiyyətinin göstərişi əsasında həyata keçirildiyini deyiblər.
Xatırladaq ki, qeyri-qanuni tikinti işlərinə rəvac verən E.Məmmədovun adı bir müddət öncə cəmiyyətdə “boz kardinal” kimi tanınan Ramiz Mehdiyev AMEA-nın prezidenti olduğu dövrdə İşlər İdarəsinin müdiri olarkən Dövlət büdcəsindən Akademiya üçün ayrılan pulların bir hissəsini təyinatı üzrə xərclənməməsinə və Dövlət əmlakını istrafçılıq yolu ilə talamasına görə gündəmə gəlmişdi.
Onu da bildirək ki, həmin faktlar Hesablama Palatasının AMEA-da apardığı maliyyə yoxlamaları zamanı aşkar edilmiş və iş üzrə təhqiqat və istintaq aparılması üçün Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir.
Citypost.az məsələ ilə bağlı “MAİN” MTK ilə əlaqə saxlayıb. Binanın Sənan adlı komendantının sözlərinə görə,tikinti işləri artıq dayandırılıb və qanunsuz aparılan tikinti sökülür.
Qanunsuz tikintinin kim tərəfindən aparılması sualına MTK-nın komendantı cavab verə bilməyib.

15:08 / 13 Dekabr 2025
462
14:50 / 13 Dekabr 2025
35
14:38 / 13 Dekabr 2025
51
14:28 / 13 Dekabr 2025
52
14:22 / 13 Dekabr 2025
47
14:12 / 13 Dekabr 2025
154
13:14 / 13 Dekabr 2025
531
13:07 / 13 Dekabr 2025
301
12:58 / 13 Dekabr 2025
162
12:16 / 13 Dekabr 2025
949
12:08 / 13 Dekabr 2025
109
11:44 / 13 Dekabr 2025
75
11:30 / 13 Dekabr 2025
89
11:09 / 13 Dekabr 2025
906
11:07 / 13 Dekabr 2025
400
10:25 / 13 Dekabr 2025
1106
09:15 / 13 Dekabr 2025
873
09:06 / 13 Dekabr 2025
709
08:45 / 13 Dekabr 2025
132
08:37 / 13 Dekabr 2025
158
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1115
00:01 / 13 Dekabr 2025
751
23:20 / 12 Dekabr 2025
690
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.