Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
944
12.02.2025, 14:55
İctimai və sosial əhəmiyyətli mövzularda təşəbbüsləri ilə fərqlənən Qırmızı Ürəklər Fondunun elan etdiyi “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşıb.
Proqrama ümumilikdə 306 nəfər müraciət edib. Seçim prosesini keçən 69 namizəd müsahibə mərhələsinə dəvət edilib. Sonda bütün mərhələlərdən uğurla keçən 23 tələbə proqramın qalibi olub. Qalib tələbələr 2024-2025-ci tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar.
Qaliblərin seçimi zamanı ali təhsil müəssisələrində I kursda əyani bakalavriat təhsili alan, qəbul imtahanında 600-dən yuxarı bal toplayan, dərsdənkənar fəaliyyətləri və akademik göstəriciləri yüksək olan, sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrə üstünlük verilib.
Qeyd edək ki, layihə çərçivəsində 2022-2023 tədris ilində 26, 2023-2024-cü tədris ilində isə 25 tələbə bu imkandan yararlanma şansı əldə edib. Cari ildə təqaüd proqramı Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasındakı əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. Tələbələrə təqdim ediləcək təqaüd Birbank-la Fondun 2023-cü ildə start verdiyi “Onu oxut” ianə kampaniyası çərçivəsində toplanan vəsait hesabına təmin edilir. Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyi hədəfləyir.
Həmçinin oxuyun
Qaliblərin siyahısı: //bit.ly/4b23CuE
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.
Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.
15:08 / 13 Dekabr 2025
83
14:50 / 13 Dekabr 2025
27
14:38 / 13 Dekabr 2025
39
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
43
14:12 / 13 Dekabr 2025
137
13:14 / 13 Dekabr 2025
505
13:07 / 13 Dekabr 2025
259
12:58 / 13 Dekabr 2025
150
12:16 / 13 Dekabr 2025
907
12:08 / 13 Dekabr 2025
105
11:44 / 13 Dekabr 2025
74
11:30 / 13 Dekabr 2025
86
11:09 / 13 Dekabr 2025
893
11:07 / 13 Dekabr 2025
394
10:25 / 13 Dekabr 2025
1092
09:15 / 13 Dekabr 2025
871
09:06 / 13 Dekabr 2025
659
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1112
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
683
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.