"Azercell"dən növbəti bahalaşma qərarı — Yanvarın 13-dən...
13 Dekabr 2025, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
986
13.02.2025, 14:45
“Bu gün özünün beynəlxalq əlaqələrini sürətlə genişləndirən Azərbaycanla əməkdaşlıq dünyanın ən güclü iqtisadiyyata malik olan ölkələri üçün də böyük maraq və önəm kəsb edir. O cümlədən, hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq da kifayət qədər uğurla inkişaf edir.”
Bunu açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Həmçinin oxuyun
Deputat bildirib ki, ötən il Azərbaycan Prezidenti ilə Çinin Sədri arasında baş tutmuş görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır.” Cənab Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində qeyd olunduğu kimi, strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Dövlət başçımızın müsahibəsinin gedişində aparıcı tərəfindən səsləndirilən suallar dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin də Azərbaycana, ölkəmizdə gedən proseslərə marağının kifayət qədər böyük olduğunu deməyə əsas verir. O cümlədən, Azərbaycanın BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdə mövqeyi, ölkəmizin təhlükəsizlik, ticarət, iqtisadi inkişaf nöqteyi-nəzərindən Qlobal Cənubla bağlı aparılan müzakirələrə münasibəti ilə əlaqədar verilən sual ölkəmizin rəyinin beynəlxalq arenada getdikcə daha çox çəkiyə malik olduğunu göstərir. Prezident İlham Əliyev bütün müsahibələrində olduğu kimi, bu suala verdiyi cavabında da prinsipial obyektiv yanaşma nümayiş etdirdi. Qeyd olundu ki, Azərbaycanın həm BRICS-in, həm də dialoq üzrə tərəfdaş statusuna malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətləri ilə çox yaxşı və dost münasibətləri var. Bundan başqa, ölkəmizin coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə verdiyi töhfələr nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Çin və Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın üzərində fəal iş apardığı məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir və praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilər.”
K.Qafarov qeyd edib ki, cənab Prezident İlham Əliyevin müsahibəsində liderlik barədə yer almış ifadələr bir çox ölkə rəhbərləri üçün əsil örnək ola bilər: “Aparıcının liderlik keyfiyyətləri barədə sualı xüsusilə maraq doğuran məqamlardan biri oldu. Biz CGTN əməkdaşının dilindən belə bir etiraf eşitdik: “Cənab Prezident, hər dəfə Sizinlə danışanda mənə elə gəlir ki, ölkəniz çox güclü təməl üzərində dayanıb.” Əlbəttə ki, bu təməl özü də birlik olmayan yerdə qurula bilməz. Bu birlik isə məhz cəmiyyətin, xalqın Liderinin səyləri nəticəsində formalaşır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır. Cənab Prezident həmişə xalqa ədaləti bərpa edəcəyini söyləyirdi və Azərbaycan xalqı da öz Liderinə inanırdı. Sonda bu qarşılıqlı inam və etibar öz nəticəsini göstərdi, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdi”
12:58 / 13 Dekabr 2025
1
12:16 / 13 Dekabr 2025
326
12:08 / 13 Dekabr 2025
41
11:44 / 13 Dekabr 2025
40
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
684
11:07 / 13 Dekabr 2025
319
10:25 / 13 Dekabr 2025
888
09:15 / 13 Dekabr 2025
803
09:06 / 13 Dekabr 2025
359
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
144
00:28 / 13 Dekabr 2025
141
00:14 / 13 Dekabr 2025
1073
00:01 / 13 Dekabr 2025
714
23:20 / 12 Dekabr 2025
642
23:12 / 12 Dekabr 2025
112
22:41 / 12 Dekabr 2025
14376
22:05 / 12 Dekabr 2025
153
21:58 / 12 Dekabr 2025
3043
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1155
19:20 / 12 Dekabr 2025
2271
19:04 / 12 Dekabr 2025
1348
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.