Nazirlər Kabineti yeni QƏRAR VERİB
17 Dekabr 2025, 10:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1164
17.02.2025, 13:58
Prezident İlham Əliyev "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Oxu24.com xəbər verir ki, qanuna əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunmasında, ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunmasını təmin etməlidirlər.
Bundan başqa, diplomatik xidmət orqanlarında çalışan əməkdaşları ölkənin xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirməlidir.
Həmçinin oxuyun
Həmçinin diplomatik xidmət orqanlarının əməkdaşları beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətini təhlil etməli, xarici dövlətlərlə diplomatik və konsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələri həyata keçirməlidir.
Diplomatik xidmət orqanlarında xidmət keçən əməkdaşlar xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsində, dövlət protokolunun təmin olunmasında, konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsində iştirak etməlidirlər.
Qanuna əsasən, diplomatik orqanların əməkdaşları xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə, əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutması, xidmət keçdiyi diplomatik orqan rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına, dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına məhdudiyyət tətbiq edilir.
Qanunda, həmçinin xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə olunması üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə məhdudiyyət qoyulur.
10:42 / 17 Dekabr 2025
3
10:36 / 17 Dekabr 2025
73
10:21 / 17 Dekabr 2025
23
10:15 / 17 Dekabr 2025
21
10:14 / 17 Dekabr 2025
21
09:01 / 17 Dekabr 2025
250
08:45 / 17 Dekabr 2025
36
07:45 / 17 Dekabr 2025
53
07:38 / 17 Dekabr 2025
59
01:40 / 17 Dekabr 2025
97
01:15 / 17 Dekabr 2025
90
00:55 / 17 Dekabr 2025
101
00:36 / 17 Dekabr 2025
103
00:32 / 17 Dekabr 2025
113
00:24 / 17 Dekabr 2025
187
23:40 / 16 Dekabr 2025
1567
23:04 / 16 Dekabr 2025
1560
22:25 / 16 Dekabr 2025
117
22:19 / 16 Dekabr 2025
1355
22:05 / 16 Dekabr 2025
131
20:53 / 16 Dekabr 2025
2104
20:13 / 16 Dekabr 2025
897
20:07 / 16 Dekabr 2025
367
20:05 / 16 Dekabr 2025
387
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.