"Qarabağ" dan Nərimanla bağlı paylaşım: Nəyə işarə edildi?
14 Dekabr 2025, 20:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2081
18.02.2025, 11:40
Ali təhsil ocağında artıq üç ildir ki, hər il sentyabr və fevral aylarında ilk dərs günü şəhidlərimizin şərəfli döyüş yoluna həsr olunur.
Oxu24.com xəbər verir ki, Naxçıvan Dövlət Universitetində təşkil edilən bu xüsusi dərs gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və şəhidlik zirvəsinə ucalan igid oğulların xatirəsinin yad edilməsi, tanıdılması və təbliği baxımından çox mühüm bir tədbirdir.
Tədbirlə bağlı açıqlama verən Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu bildirib ki,bu cür dərslər gənclərdə öz vətəninə, xalqına, millətinə qarşı məsuliyyət hissi aşılayır.
"Dünən anam da tələbələrə dərs keçən şəhid valideynlərinin arasındaydı. Universitetdən evə ruh yüksəkliyi, məmnunluqla qayıtmışdı. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın düşməndən azad edilməsi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini yaşatmaq, tələbələrə vətən sevgisi aşılayaraq milli dəyərləri təbliğ etmək böyük əhəmiyyət kəsb edir. Tələbələrin şəhid ailələrini və qaziləri dinləməsi, qəhrəmanların həyat hekayələrini onların valideynlərinin dilindən eşitməsi öz vətəninə, torpağına olan bağlılığını daha da gücləndirir. Bu həm də tələbələrə vətən uğrunda verilən mübarizənin və qəhrəmanlığın dəyərini daha yaxşı anlamalarına kömək edir. Belə dərslərin davamlı keçirilməsi təkcə akademik biliklərin öyrədilməsi ilə kifayətlənməyib, həm də mənəvi dəyərlərin təbliğ olunmasına və gənclərin hərtərəfli inkişafına da xidmət edir. Şəhidlərimizin xatirəsinin uca tutulması Azərbaycan xalqının birlik və həmrəyliyini, mübarizə ruhunu daha da möhkəmləndirir. Bu cür tədbirlər gəncləri gələcəkdə vətənə xidmət etməyə, torpaqlarını qorumağa hər an hazır olmağa ruhlandırır. Şəhidlərimizin xatirəsini yad etmək, onları böyüdən valideynlərlə canlı ünsiyyətdə olmaq gənclərimizi ən böyük dəyərə hörmətlə yanaşmağa və gələcəkdə ölkə uğrunda hər hansı bir çətinliklə üzləşdikdə müqavimət göstərməyə hazırlamaq üçün ən doğru yoldur. Naxçıvan Dövlət Universiteti - NDU, Dəyərli Elbrus Isayev, Şəhid ailələrinə, qazilərə göstərdiyiniz diqqətə, hörmətə və qayğıya görə Sizə və gözəl kollektivinizə, şəhid valideynlərini diqqətlə dinləyən tələbələrimizə təşəkkür edirəm.Bu gözəl təşəbbüsə bütün təhsil ocaqlarının qoşulmasını arzu edirəm.",-deyə Şəhid qardaşı bildirib.
Həmçinin oxuyun
Nigar
20:16 / 14 Dekabr 2025
226
19:55 / 14 Dekabr 2025
48
19:50 / 14 Dekabr 2025
34
19:36 / 14 Dekabr 2025
38
19:27 / 14 Dekabr 2025
118
19:22 / 14 Dekabr 2025
61
18:57 / 14 Dekabr 2025
2050
17:55 / 14 Dekabr 2025
756
16:45 / 14 Dekabr 2025
1189
15:41 / 14 Dekabr 2025
933
15:09 / 14 Dekabr 2025
89
14:56 / 14 Dekabr 2025
190
14:08 / 14 Dekabr 2025
2184
13:58 / 14 Dekabr 2025
110
13:27 / 14 Dekabr 2025
126
13:18 / 14 Dekabr 2025
103
13:09 / 14 Dekabr 2025
145
12:54 / 14 Dekabr 2025
551
12:18 / 14 Dekabr 2025
1116
12:06 / 14 Dekabr 2025
2357
11:38 / 14 Dekabr 2025
112
11:30 / 14 Dekabr 2025
782
11:22 / 14 Dekabr 2025
87
10:43 / 14 Dekabr 2025
1142
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.