DYP sürücülər üçün vacib AÇIQLAMA YAYDI
14 Dekabr 2025, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
622
18.02.2025, 12:51
Qırmızı Ürəklər Fondu ekologiyanın və təbiətin qorunmasına töhfə verən layihələrin icrasına davam edir.
Fond, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil etdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti uğurlu aksiyanı həyata keçirib. Aksiya zamanı ekokönüllülər tərəfindən 100 kiloqramdan çox istifadə olunmuş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.
Toplanan tullantılar Azərbaycan Hava Yolları QSC, Bakı Ağ Şəhər Biznes Mərkəzi, Bakı Avropa Liseyi, “Araz” supermarketlər şəbəkəsinin Space və Xətai filialları, həmçinin “Bravo” Əhmədli hipermarketində yerləşən toplama məntəqələrindən götürülüb.
Həmçinin oxuyun
Qeyd edək ki, 2022-ci ildən etibarən həyata keçirilən layihənin məqsədi istifadəyə yararsız batareyaları digər tullantılardan ayıraraq onların ətraf mühitə və insan sağlamlığına zərərini minimuma endirmək, eləcə də ekoloji maarifləndirməni artırmaq və tullantıların düzgün idarə olunmasının vacibliyini vurğulamaqdır. Layihə çərçivəsində paytaxt Bakı və regionlarda yerləşən dövlət qurumları, şirkətlər, marketlər, təhsil müəssisələri, bank filialları və hotellərdə təhvil qutuları yerləşdirilib. Layihənin məqsədi insanların ekogiyaya həssaslığını artırmaq və tullantıların yenidən emalına diqqət çəkməkdir.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Birbank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.