Elçibəy naxçıvanlı deyilmiş - Qardaşı oğlu təsdiqlədi
17 Dekabr 2025, 10:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1131
20.02.2025, 14:39
2025-ci ilin yanvarın 1-dən etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. Bu aydan isə ən aşağı pensiya 320 manatdır.
Bəs işləyən vətəndaşlarımızın pensiyaları necə artırılacaq?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq altı ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur:
"Altı ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.
Oxu: Bu institut bağlandı - RƏSMİ
Azərbaycanlı blogeri bu ölkədə həbsə saldılar
Rusiyada təyyarə qəzası baş verib
Həmçinin oxuyun
Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydlara əsasən 8.1 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun altı illik iş müddəti tamamlanırsa pensiyasına əlavə olunur".
Deputat məsələni belə izah edib:
"Vətəndaşımıza 2019-ci ilin fevralın 1-də yaşa görə ümumi əsaslarla 700 manat əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. Onun pensiya məbləği 2025-cü ilin fevralın 1-də tarixində pensiya təyin edildikdən sonra altı il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb.
Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu, o deməkdir həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilir. Fevral ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 700 manat + 56.7 manat (700 manat X 8.1%) + 350 manat = 1106.7 manat".
"Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər", - deyə V.Bayramov qeyd edib.(Olke.az)
10:51 / 17 Dekabr 2025
1
10:42 / 17 Dekabr 2025
18
10:36 / 17 Dekabr 2025
189
10:21 / 17 Dekabr 2025
29
10:15 / 17 Dekabr 2025
26
10:14 / 17 Dekabr 2025
23
09:01 / 17 Dekabr 2025
276
08:45 / 17 Dekabr 2025
38
07:45 / 17 Dekabr 2025
57
07:38 / 17 Dekabr 2025
60
01:40 / 17 Dekabr 2025
98
01:15 / 17 Dekabr 2025
93
00:55 / 17 Dekabr 2025
102
00:36 / 17 Dekabr 2025
104
00:32 / 17 Dekabr 2025
115
00:24 / 17 Dekabr 2025
192
23:40 / 16 Dekabr 2025
1580
23:04 / 16 Dekabr 2025
1577
22:25 / 16 Dekabr 2025
118
22:19 / 16 Dekabr 2025
1409
22:05 / 16 Dekabr 2025
133
20:53 / 16 Dekabr 2025
2141
20:13 / 16 Dekabr 2025
899
20:07 / 16 Dekabr 2025
368
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.