Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
577
23.02.2025, 13:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı qəbul edib.
OXU24.COM xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda qış idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün müasir qış-xizək mərkəzlərinin yaradıldığını bildirərək, bu cür yarışların təşkil olunmasının ölkəmizin qış turizm potensialı ilə yanaşı, ümumilikdə turizm imkanlarının təbliğində rolunu vurğuladı.
Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman yarışlarına uğurla ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin bu sahədə müasir infrastruktur baxımından geniş imkanlarının, eləcə də böyük təcrübəsinin olduğunu dedi.
Həmçinin oxuyun
Yoxan Eliaş rəhbərlik etdiyi Federasiyanın ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğuladı. Qonaq Azərbaycanda beynəlxalq xizək yarışlarının keçirilməsi perspektivlərindən danışdı.
Görüşdə gələcək əməkdaşlıq, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın qış turizm imkanlarının və “Şahdağ” Turizm Mərkəzinin dünya səviyyəsində daha da tanıdılması ilə bağlı fikir mübadiləsi aparıldı.
15:58 / 13 Dekabr 2025
27
15:47 / 13 Dekabr 2025
25
15:39 / 13 Dekabr 2025
37
15:08 / 13 Dekabr 2025
1204
14:50 / 13 Dekabr 2025
52
14:38 / 13 Dekabr 2025
76
14:28 / 13 Dekabr 2025
72
14:22 / 13 Dekabr 2025
65
14:12 / 13 Dekabr 2025
205
13:14 / 13 Dekabr 2025
794
13:07 / 13 Dekabr 2025
462
12:58 / 13 Dekabr 2025
298
12:16 / 13 Dekabr 2025
1065
12:08 / 13 Dekabr 2025
122
11:44 / 13 Dekabr 2025
82
11:30 / 13 Dekabr 2025
101
11:09 / 13 Dekabr 2025
945
11:07 / 13 Dekabr 2025
423
10:25 / 13 Dekabr 2025
1144
09:15 / 13 Dekabr 2025
888
09:06 / 13 Dekabr 2025
853
08:45 / 13 Dekabr 2025
141
08:37 / 13 Dekabr 2025
165
00:28 / 13 Dekabr 2025
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.