Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1004
25.02.2025, 17:01
25 fevral 2025-ci il tarixindən etibarən ölkənin birinci bankı Kapital Bank rəsmi olaraq fəaliyyətini müasir texnologiyalar və qabaqcıl infrastrukturla təchiz edilmiş yeni baş ofisində davam etdirir.
“Kapital Bank” ASC-nin baş ofisi artıq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr.153-“Port Baku Towers 2” ünvanında yerləşir. Qeyd edək ki, bu barədə məlumatı ötən ilin sonlarında mətbuat nümayəndələri ilə keçirilən görüşdə bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov da bildirmişdi. Eyni zamanda, bu gündən etibarən bankın “28 May” filialı fəaliyyətini dayandırır və müştərilər eyni xidmətləri Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşən Mərkəz filialından ala bilərlər. Mərkəz filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Həmçinin oxuyun
Qeyd edək ki, yeni baş ofis bank əməkdaşlarının daha rahat, geniş imkanlarla təchiz olunmuş və innovativ iş şəraitində fəaliyyət göstərməsini, həmçinin daxili iş proseslərinin optimallaşdırılmasını təmin etmək məqsədilə dizayn edilmişdir. Hazırda bankda 5500-dən çox əməkdaş fəaliyyət göstərir və bu, bankın ölkənin əmək bazarına verdiyi müsbət töhfənin və ölkə iqtisadiyyatına qatdığı dəyərin də bariz nümunəsidir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
15:39 / 13 Dekabr 2025
3
15:08 / 13 Dekabr 2025
606
14:50 / 13 Dekabr 2025
37
14:38 / 13 Dekabr 2025
53
14:28 / 13 Dekabr 2025
53
14:22 / 13 Dekabr 2025
49
14:12 / 13 Dekabr 2025
162
13:14 / 13 Dekabr 2025
543
13:07 / 13 Dekabr 2025
308
12:58 / 13 Dekabr 2025
164
12:16 / 13 Dekabr 2025
967
12:08 / 13 Dekabr 2025
111
11:44 / 13 Dekabr 2025
76
11:30 / 13 Dekabr 2025
91
11:09 / 13 Dekabr 2025
916
11:07 / 13 Dekabr 2025
404
10:25 / 13 Dekabr 2025
1111
09:15 / 13 Dekabr 2025
875
09:06 / 13 Dekabr 2025
721
08:45 / 13 Dekabr 2025
133
08:37 / 13 Dekabr 2025
159
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1118
00:01 / 13 Dekabr 2025
751
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.