Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1499
25.02.2025, 17:55
Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi Qaydası təsdiq edilib.
Oxu24.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu Qayda təlimçilərin, imtahançıların, təlim təşkilatlarının və uçuşu imitasiya edən təlim qurğularının sertifikatlaşdırılması tələblərini müəyyən edir.
Bu Qayda ilə müəyyən olunmuş səlahiyyəti təsdiq edən sənədlərin verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
***
Həmçinin oxuyun
Dövlət qulluqçusunun rotasiyası Qaydası təsdiq edilib.
Oxu24.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu Qayda dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, korrupsiya hüquqpozmalarına şərait yarada bilən davamlı münasibətlərin yaranma ehtimalının və dövlət qulluğunda maraqların toqquşmasının qarşısının alınması, həmçinin formalaşmış təcrübənin geniş yayılması üçün dövlət qulluqçularının bir vəzifədən başqa vəzifəyə
keçirilməsi məqsədilə hazırlanmışdır.
Dövlət qulluqçusu rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınır. Müvafiq vəzifədə 5 (beş) ildən az qulluq keçən dövlət qulluqçusu rotasiya olunmur.
Dövlət orqanlarında dövlət qulluqçularının rotasiyasının təşkili məqsədilə Rotasiya komissiyası yaradılır. Komissiya dövlət orqanının rəhbəri tərəfindən təyin edilən 5 (beş) nəfərdən – sədr və 4 üzvdən ibarət olmaqla ictimai əsaslarla fəaliyyət göstərir.
Dövlət orqanının rəhbərinin kadr məsələləri üzrə səlahiyyətli müavini Komissiyanın sədri təyin edilir. Dövlət orqanının rəhbərinin kadr məsələləri üzrə
səlahiyyətli müavini olmadıqda kadr qurumunun rəhbəri, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxs Komissiyanın sədri təyin edilir. Komissiyanın sədri Komissiyanın işinə rəhbərlik edir və bu Qaydanın 4.4-cü bəndində göstərilən vəzifələrin vaxtında, dolğun və obyektiv icrasına nəzarət edir.
Komissiya öz fəaliyyətini ildə azı 2 (iki) dəfə çağırılan iclaslar vasitəsilə həyata keçirir. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. Xidməti zərurətlə əlaqədar Komissiyanın növbədənkənar iclasları çağırıla bilər. Komissiyanın iclasları üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komissiya öz qərarını açıq səsvermə yolu, sadə səs çoxluğu ilə qəbul edir və həmin qərar dövlət orqanının rəhbəri tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Komissiyanın iclasları protokolla rəsmiləşdirilir, Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Komissiya rotasiyanın nəticələrinə uyğun olaraq dövlət orqanının rəhbərinə rotasiya olunanın vəzifədə irəli çəkilməsi, əlavə təhsili, rotasiya müddətinin uzadılması və mükafatlandırılması barədə təklif təqdim edə bilər.
Komissiya rotasiyalar barədə qərarı 5 (beş) iş günündən gec olmayaraq orqanın rəhbərinə təqdim edir. Dövlət orqanının rəhbəri Komissiyanın qərarını və tövsiyələrini nəzərə alaraq Qanunun tələblərinə əsasən müvafiq qərar qəbul edir.
***
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.