Paytaxtda və bir sıra rayonlarda işıq olmayacaq
25 Avqust 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
679
28.02.2025, 11:51
Fevralın 27-28-də Azərbaycanda bir neçə zəif maqnitudalı zəlzələ qeydə alınıb.
Belə ki, ötən gün İsmayıllı rayonunda 3,3 maqnitudalı yeraltı təkan baş verib, ocağı 46 km dərinlikdə yerləşib. Həmin gün Xəzər dənizində də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Fevralın 28-də isə yenə İsmayıllı rayonunda zəlzələ baş verib - yerli vaxtla saat 07:49-da qeydə alınan təkanların maqnitudası 3 olub, ocağı isə 3 km dərinlikdə yerləşib.
Zəlzələlər hiss olunmayıb və hər hansı fəsad törətməyib.
Oxu24.com xəbər verir ki, modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, təşvişə səbəb yoxdur:
"Bu bir dövrlükdür, mən hər zaman qeyd edirəm ki, tektonik-seysmik aktivlik müəyyən dövrlük müşahidə olunur. Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir. Burada bir neçə qovşaqlar mövcuddur. Beləliklə Xəzər dənizi ərazisi seysmik ocaqlarla zəngindir. Bütün ərazi boyu, şimal, orta və cənub hissəsi seysmik ocaqlar mövcuddur. Təbii ki, mütəmadi olaraq zəlzələlər baş verəcək. Hər zaman deyirəm ki, hiss olunan zəlzələlər il boyu qaçılmazdır".
Onun sözlərinə görə, nəinki Azərbaycanda, bütün dünyada tektonik və seysmik aktivlik dövrü yaşanır:
"Gördüyünüz kimi Egey dənizində bir qədər müddət əvvəl ardıcıl olaraq güclü zəlzələlər baş verdi. Türkiyə, Yunanıstan, İtaliya və digər ölkələr silkələndi. Azərbaycanda yer hərəkətləri o dərəcədə intensiv sürətlə baş vermir. Hərəkət var, amma intensiv sürətdə deyil. Qonşu ölkələrlə müqayisədə bizdə intensiv sürət yoxdur. Ona görə də dağıdıcı zəlzələlər gözlənilmir. Amma hiss olunan zəlzələlər qaçılmazdır. Bu zəlzələlər 4, 4.5 maqnitudalı da ola bilər. Qonşu ərazilərdə seysmik ocaqlar aktivləşən zaman Azərbaycan ərazisinin sabit qalması mümkün deyil. Bu fiziki qanunlara da ziddir, qonşu ərazilərdə silkələnmə varsa, ola bilməz ki, Azərbaycan sabit qalsın. Nəzərə alsaq ki, Azərbaycan ərazisi seysmik ərazi sayılır, dövrülik daxilində hiss olunan zəlzələlər baş verə bilər, amma təşvişə səbəb yoxdur".
00:04 / 25 Avqust 2026
111
00:01 / 25 Avqust 2026
67
23:54 / 24 Avqust 2026
76
22:49 / 24 Avqust 2026
105
22:49 / 24 Avqust 2026
107
22:25 / 24 Avqust 2026
212
22:06 / 24 Avqust 2026
81
21:40 / 24 Avqust 2026
79
21:17 / 24 Avqust 2026
124
20:58 / 24 Avqust 2026
133
20:58 / 24 Avqust 2026
112
20:28 / 24 Avqust 2026
83
20:00 / 24 Avqust 2026
85
19:45 / 24 Avqust 2026
99
19:38 / 24 Avqust 2026
100
19:29 / 24 Avqust 2026
93
19:18 / 24 Avqust 2026
213
19:13 / 24 Avqust 2026
87
19:08 / 24 Avqust 2026
1011
19:00 / 24 Avqust 2026
79
18:59 / 24 Avqust 2026
428
18:57 / 24 Avqust 2026
99
18:51 / 24 Avqust 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.