Əmr imzalandı: Eldar Mahmudovun qohumu vəzifəyə gətirildi
15 Dekabr 2025, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
321
05.03.2025, 10:14
Ramazan ayında iftar və sahurda edilən bəzi yanlış qidalanma vərdişləri infarkt riskini artıra bilər.
Oxu24.com xəbər verir ki, həkim Gökhan Ceyhun qan şəkərinin ani yüksəlməsi və lipit profilinin pozulmasının ürək sağlamlığına mənfi təsir göstərdiyini bildirib və Ramazan ayında sağlam qidalanma ilə bağlı xüsusi məqamları açıqlayıb.
Hipertoniya, damar tıxanıqlığı və ürək çatışmazlığı olanlara duz və xolesterindən uzaq durmağı tövsiyə edən mütəxəssis orqanizmin ac qalmağa tədricən öyrəşməsinin vacibliyini vurğulayıb.
Ürək çatışmazlığı olmayan, ürək əzələsinin yığılma gücü 50-55%-dən yüksək olan şəxslərin oruc tutmasının problem yaratmayacağını bildirən Ceyhun uzun müddət ac qaldıqdan sonra iftarda yüksək kalorili və yağlı yeməklərin birdən-birə qəbulu ilə qan şəkərinin və yağ səviyyəsinin kəskin artmasının ürəyə mənfi təsir edə biləcəyini qeyd edib. O, ürək xəstələrinin orucluq dövründə yeməklərini iftar və sahur arasına yaymasının daha faydalı olacağını bildirib.
Həkim infarkt keçirən, stent qoyulan, yüksək təzyiqi olan və angioqrafiya edilən şəxslərin oruc tutub-tutmaması ilə bağlı çoxlu suallar aldıqlarını bildirib. Ürək çatışmazlığı olanların uzun müddət susuz qalmasının böyrəklərə əlavə yük gətirə biləcəyini və bu səbəbdən onların oruc tutmasının tövsiyə edilmədiyini vurğulayıb. Ancaq son bir ayda infarkt keçirməyənlərin və orqanizmini əvvəlcədən oruca hazırlayanların ac qalmasının, iftarda həddindən artıq qidalanmamasının ürək sağlamlığı baxımından daha faydalı ola biləcəyini qeyd edib.
O, Ramazan ayında infarktların əsasən iftar və sahurdan sonra baş verdiyini bildirərək, uzun müddətli aclıqdan sonra nəzarətsiz yemək vərdişlərinin qan şəkərinin və yağ səviyyələrinin ani dəyişməsinə səbəb olaraq ürək-damar xəstəlikləri üçün təhlükə yarada biləcəyini vurğulayıb. O, həm ürək xəstələrinin, həm də sağlam şəxslərin iftarda daha nəzarətli qidalanmasının və qida qəbulundan sonra fiziki aktivliyə diqqət etməsinin vacibliyini bildirib.
Həmçinin oxuyun
13:00 / 15 Dekabr 2025
1
12:42 / 15 Dekabr 2025
274
12:36 / 15 Dekabr 2025
17
11:45 / 15 Dekabr 2025
61
11:43 / 15 Dekabr 2025
41
11:11 / 15 Dekabr 2025
77
10:38 / 15 Dekabr 2025
205
10:34 / 15 Dekabr 2025
50
10:30 / 15 Dekabr 2025
56
10:15 / 15 Dekabr 2025
58
10:04 / 15 Dekabr 2025
78
09:43 / 15 Dekabr 2025
735
09:40 / 15 Dekabr 2025
55
09:38 / 15 Dekabr 2025
70
09:36 / 15 Dekabr 2025
68
09:11 / 15 Dekabr 2025
68
09:02 / 15 Dekabr 2025
632
08:48 / 15 Dekabr 2025
48
08:31 / 15 Dekabr 2025
509
23:58 / 14 Dekabr 2025
302
23:35 / 14 Dekabr 2025
137
22:57 / 14 Dekabr 2025
142
22:24 / 14 Dekabr 2025
446
21:54 / 14 Dekabr 2025
171
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.