Zəlzələ BAŞ VERDİ
13 Dekabr 2025, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
974
05.03.2025, 12:27
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.
Buna səbəb kimi Agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.
Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.
“Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, - iddialarda deyilir.
Həmçinin oxuyun
Qeyd edək ki, Kənan Qasımov 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 2015-ci ilin may-sentyabr aylarında BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən BMT Baş katibinin Gənclər üzrə səfirinin ofisində fəaliyyət göstərib.
2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
21:58 / 13 Dekabr 2025
1
21:34 / 13 Dekabr 2025
167
21:21 / 13 Dekabr 2025
34
21:19 / 13 Dekabr 2025
37
21:15 / 13 Dekabr 2025
36
21:02 / 13 Dekabr 2025
39
20:49 / 13 Dekabr 2025
216
20:44 / 13 Dekabr 2025
50
20:36 / 13 Dekabr 2025
50
20:26 / 13 Dekabr 2025
58
20:01 / 13 Dekabr 2025
218
19:53 / 13 Dekabr 2025
68
19:21 / 13 Dekabr 2025
329
19:16 / 13 Dekabr 2025
100
18:32 / 13 Dekabr 2025
951
18:12 / 13 Dekabr 2025
159
18:02 / 13 Dekabr 2025
106
17:43 / 13 Dekabr 2025
1583
17:09 / 13 Dekabr 2025
104
16:55 / 13 Dekabr 2025
332
15:58 / 13 Dekabr 2025
112
15:47 / 13 Dekabr 2025
101
15:39 / 13 Dekabr 2025
124
15:08 / 13 Dekabr 2025
2837
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.