Yüksək vəzifəyə təyinat OLDU
16 Dekabr 2025, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
319
14.03.2025, 08:51
Oxu24.com baku.tv -ə istinadən xəbər verir ki Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Hacı Zeynalabdin küçəsi, Giriş 275 ünvanında yaşayan sakinlər qonşuları Anar Həkimzadənin həyətində çox sayda it saxlaması, antisanitariya qaydalarına riayət etməməsi və itlərin səs-küyünə görə ondan şikayətçidirlər.
Deyirlər ki, məsələ ilə bağlı irad bildirsələr də, qonşu Anar Həkimzadə onlara hədə-qorxu gəlir.
"Burada 30-dan çox it var. Antisanitariya şəraitində yaşayırıq, gecələr yata bilmirik. Azyaşlı uşağım var, dəfələrlə səsə oyanır. Qorxu içində yaşayırıq, hər an hücum ola bilər. Anar bəy bizi təhdid edərək deyir ki, sizi məhkəməyə verəcəyəm, hara istəyirsinizsə, şikayət edin", - deyə şikayətçi bildirib.
Anar Həkimzadə isə deyir ki, bir dəfə cərimə olunduqdan sonra hərəkətlərinin yanlış olduğunu anlayıb. O, qonşuların məsələni çox şişirtdiyini söyləyib.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemlə bağlı Daxil İşlər Nazirliyinə (DİN) müraciət olunmalıdır.
DİN-dən isə qeyd edilib ki, sözügedən ünvanda antisanitariya qaydalarını pozan şəxs barəsində qanunvericiliyə uyğun protokol tərtib edilib və antisanitar vəziyyət polisin müşayiəti ilə aradan qaldırılıb. (baku.tv)
Həmçinin oxuyun
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.