Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
604
15.03.2025, 09:16
Müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan ayının artıq 15-ci günüdür. Builki Ramazan təqviminə nəzər saldıqda görə bilərik ki, imsak-iftar arası zaman ölkəmiz üçün təxminən 14 saatdır. Bundan başqa, havaların yaz ayına təsadüf etməsi, oruc tutanların işini bir qədər rahatlaşdırır. Digər bir tərəfdən oruc tutub gündəlik ağır iş rejimində çalışan şəxslər də var.
Bəs bu uzun saatları sağlam şəkildə keçirmək üçün nələrə diqqət etmək önəmlidir?
“Qafqazinfo” Ramazan ayında özünüzü daha gümrah hiss etməyiniz üçün din xadimləri və tibb işçilərinin məsləhətləri əsasında hazırlanmış məqaləni təqdim edir:
Ramazan ayında gün ərzində aclıq problemi olanlar lifli qidalardan istifadə edərək mədənin boşalma müddətini uzada bilərlər. Aclığı gecikdirən lobya, noxud, mərci, bulğur kimi qidaları qəbul etməsi, bol yağlı, duzlu, ağır yeməklər ilə xəmir xörəklərindən uzaq durmaları tövsiyə edilir.
Bundan başqa, moruq, paxlalı bitkilər, partlamış qarğıdalı, portağal, badam, yulaf tərkibi liflə zəngin olan əsas qidalardır. Həmin məhsulların ikinci xüsusiyyəti insanda uzun müddət ərzində toxluq hissini yaratmasıdır. Bitki çaylarının qəbulu sinir sisteminizi sakitləşdirir.
İdeal imsak süfrəsi necə olmalıdır?
Ramazanda sağlam qidalanmayıb əlavə kilo almaq istəmirsinizsə, imsaka mütləq qalxmaq və bu zaman bəzi nüanslara fikir verilməlidir. İmsakdan ən az 40 dəqiqə sonra yatmaq lazımdır. İmsaka oyandıqdan sonra yuxu problemi yaşayırsınızsa, kivi yeməyiniz məsləhətdir.
Gün ərzində tox qalmaq üçün imsakda daha çox yemək qəbul edilməli olduğunu düşünürsünüzsə, yanılırsınız. Əsasən yüngül qidalara önəm verilməli, bol maye qəbul edilməlidir. İmsakın ən məsləhətli yeməyi yumurtadır. Səhərlər enerji dəyəri yüksək, proteinlə bol qidalar seçilməlidir. Pendir növləri, bir-iki dilim tam taxıllı çörək, 1 ovuç badam, qoz və ya fındıq, bir neçə meyvəni rasiona daxil edə bilərsiniz. Bundan başqa, xurma, alma, avakado, tünd şokolad aclıq hissini öldürür. Xüsusilə, xurmadan istifadə gün ərzində sizi tox saxlayacaq. İmsakda un məmulatları, ağır şirniyyatlardan uzaq durun.
Bəs ideal iftar süfrəsində nələr olmalıdır?
Qan şəkərini tənzimləmək üçün iftara xurma və ya su ilə başlamaq məsləhətdir. Çünki uzun müddət davam edən aclıq bir anda yemək qəbulu ilə ciddi problemlər yarada bilər. İftar zamanı normadan artıq və fasiləsiz qida qəbul etmək ziyanlıdır. Hətta səhərə qədər yeyən insanlar belə var. Bu, həm dini nöqteyi-nəzərdən, həm də tibbi baxımdan düzgün sayılmır.
İlk yemək kimi şorba, salatın seçilməsi məqsədəuyğundur. Yemək yavaş-yavaş qəbul edilməlidir. Şorbadan sonra 10-20 dəqiqə fasilə verərək əsas yeməyə başlamaq olar. Süd məhsulları və qara çörəyə üstünlük verməyiniz həzm sisteminizi yüngülləşdirəcək. Əsas yeməkdə ət, balıq və toyuq məhsullarından istifadə etmək vacibdir.
İçdiyiniz suya limon qatın, bu, susuzluq müddətini artıracaq. Oruc tutan zaman suyun necə və nə vaxt qəbulu çox önəmlidir. İftar və imsak arasında 2,5-3 litr su içmək tövsiyə olunur.
Su içmək bağırsaq və böyrəklərin daha yaxşı fəaliyyət göstərməsinə səbəb olur. Ancaq yemək yeyən zaman su içmək həzm sistemini poza bilər. Su yeməkdən 10 dəqiqə əvvəl və ya 1 saat sonra içilməlidir.
Maye qəbulunda digər bir məsələ isə çay və kofedən nə vaxt istifadə etməkdir. Belə ki, iftardan sonra maye qəbulunu xüsusi diqqət etmək lazımdır. Məsələn, yeməkdən dərhal sonra çay və ya kofe içmək qidalardan alınan vitaminləri öldürür. Bu səbəbdən yemək və çay arasında fasilə vermək, əsasən bitki çaylarına üstünlük vermək tövsiyə olunur.
Ramazan ayında idman sizə müsbət təsir edəcək
Gün ərzində ac qalıb iftarda tox olana kimi yemək istər-istəməz sizdə köpə səbəb olacaq və sonradan kilo almağa başlayacaqsız. Bu səbəbdən yaxşı olar ki, yeməkdən 1 saat sonra yüngül məşqlər edəsiz. İmkan daxilində ideal idman növü isə yoqadır.
Həmçinin oxuyun
15:08 / 13 Dekabr 2025
462
14:50 / 13 Dekabr 2025
35
14:38 / 13 Dekabr 2025
51
14:28 / 13 Dekabr 2025
52
14:22 / 13 Dekabr 2025
47
14:12 / 13 Dekabr 2025
154
13:14 / 13 Dekabr 2025
531
13:07 / 13 Dekabr 2025
301
12:58 / 13 Dekabr 2025
162
12:16 / 13 Dekabr 2025
949
12:08 / 13 Dekabr 2025
109
11:44 / 13 Dekabr 2025
75
11:30 / 13 Dekabr 2025
89
11:09 / 13 Dekabr 2025
906
11:07 / 13 Dekabr 2025
400
10:25 / 13 Dekabr 2025
1106
09:15 / 13 Dekabr 2025
873
09:06 / 13 Dekabr 2025
709
08:45 / 13 Dekabr 2025
132
08:37 / 13 Dekabr 2025
158
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1115
00:01 / 13 Dekabr 2025
751
23:20 / 12 Dekabr 2025
690
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.