Ədliyyə Nazirliyində mühüm vəzifələr boş qalıb — Təyinatları gecikdirən SƏBƏBLƏR NƏDİR?
13 Dekabr 2025, 21:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1120
27.03.2025, 19:33
Ölkədə çoxuşaqlı ailə anlayışının yenidən müəyyənləşdirilməsi istiqamətində müzakirələr davam edir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, çoxuşaqlı ailə statusu yalnız beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin son illərdə bu tələbin yumşaldılması və 3 uşağı olan ailələrin də çoxuşaqlı hesab edilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Mövcud təkliflər üzərində iş aparılır və onların ölkənin demoqrafik inkişafına dair hazırlanacaq dövlət proqramına daxil edilməsi nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, belə bir addım ailələrin sosial rifahına müsbət təsir göstərə bilər və doğum səviyyəsinin artırılmasına töhfə verə bilər.
Statistikaya əsasən, hazırda ölkədə bu kateqoriyaya aid olan 100 mindən çox ailə var. Əgər qanunvericilikdə dəyişiklik edilərsə, həmin ailələr də çoxuşaqlı statusu alacaq və onların uşaqları sosial müavinətlərdən yararlanmaq hüququ əldə edəcəklər. Bu isə daha çox ailənin dövlət dəstəyindən faydalanmasını təmin edəcək.
Oxu24.com bildirir ki, məsələ ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı News24.az-a açıqlamasında bildirib ki, artıq uzun illərdir Azərbaycanda faktiki olaraq çoxuşaqlı ailə modeli 3 uşaqdan ibarətdir:
Həmçinin oxuyun
"Biz artıq biruşaqlı ailə modelinə keçmişik. Az-az hallarda bəzi ailələrdə 2 uşaq olur. 3 uşaqlı ailə olması artıq maksimum nəticədir və bu, ölkədə çoxuşaqlı ailə sayılır. Baxmayaraq ki, qanunda 5 və daha artıq uşağı olanlara müavinət verilir. Artıq heç bir ailədə 6 uşaq olmur, çox nadir hallarda bu baş verir. 4-5 uşaqlı ailələr ağır vəziyyətdə yaşayır. Bugünkü əməkhaqqı məbləği ilə ailələr maksimum 1-2 uşağı saxlaya bilərlər. 3 uşaq artıq həm psixoloji, həm də sosial baxımdan çoxuşaqlı ailə hesab edilir. Millətin davamlılığı üçün minimum uşaq sayı 3-dür”.
Ekspert qeyd edib ki, dünya ölkələrində doğum səviyyəsinin azalmaması üçün müxtəlif sosial proqramlar həyata keçirilir:
"Müxtəlif ölkələrdə bunun qarşısını almaq üçün sosial proqramlar var. Bizdə uzun illərdir bu məsələ müzakirə olunur, lakin hələ ki, heç bir nəticə yoxdur. Heç olmasa, 3 və daha çox uşağı olan ailələrə sosial yardım ayrılmalıdır. Evlənmələrin sayı azalıb, boşanmalar artıb. Uşaqpulunun verilməsi mümkündür, lakin hələ ki, belə bir qərar qəbul olunmur. Cəmiyyət olaraq daha ciddi problemlərin yaşanmaması üçün bunun qarşısı alınmalıdır”.
Ekspert bildirib ki, mövcud statistikaya görə, Azərbaycanda 3 və daha çox uşağı olan 100 mindən çox ailə var. Əgər qanunvericilikdə dəyişiklik edilərsə, bu ailələr də çoxuşaqlı statusu alacaq və dövlət dəstəyindən yararlana biləcəklər.
21:34 / 13 Dekabr 2025
1
21:21 / 13 Dekabr 2025
19
21:19 / 13 Dekabr 2025
21
21:15 / 13 Dekabr 2025
19
21:02 / 13 Dekabr 2025
23
20:49 / 13 Dekabr 2025
150
20:44 / 13 Dekabr 2025
43
20:36 / 13 Dekabr 2025
44
20:26 / 13 Dekabr 2025
52
20:01 / 13 Dekabr 2025
177
19:53 / 13 Dekabr 2025
61
19:21 / 13 Dekabr 2025
286
19:16 / 13 Dekabr 2025
93
18:32 / 13 Dekabr 2025
896
18:12 / 13 Dekabr 2025
154
18:02 / 13 Dekabr 2025
99
17:43 / 13 Dekabr 2025
1497
17:09 / 13 Dekabr 2025
99
16:55 / 13 Dekabr 2025
326
15:58 / 13 Dekabr 2025
107
15:47 / 13 Dekabr 2025
95
15:39 / 13 Dekabr 2025
120
15:08 / 13 Dekabr 2025
2764
14:50 / 13 Dekabr 2025
111
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.