17 dekabrda bizi nələr gözləyir? - ULDUZ FALI
17 Dekabr 2025, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
457
31.03.2025, 09:00
Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 107 il ötür.
Oxu24.com -un məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.
Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb.
Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub.
Həmçinin oxuyun
Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
1998-ci il martın 26-da Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
01:40 / 17 Dekabr 2025
12
01:15 / 17 Dekabr 2025
16
00:55 / 17 Dekabr 2025
14
00:36 / 17 Dekabr 2025
49
00:32 / 17 Dekabr 2025
55
00:24 / 17 Dekabr 2025
68
23:40 / 16 Dekabr 2025
652
23:04 / 16 Dekabr 2025
768
22:25 / 16 Dekabr 2025
70
22:19 / 16 Dekabr 2025
421
22:05 / 16 Dekabr 2025
87
20:53 / 16 Dekabr 2025
774
20:13 / 16 Dekabr 2025
808
20:07 / 16 Dekabr 2025
332
20:05 / 16 Dekabr 2025
285
19:58 / 16 Dekabr 2025
156
19:53 / 16 Dekabr 2025
107
18:06 / 16 Dekabr 2025
2399
17:55 / 16 Dekabr 2025
115
17:51 / 16 Dekabr 2025
118
17:39 / 16 Dekabr 2025
5971
17:35 / 16 Dekabr 2025
145
17:26 / 16 Dekabr 2025
107
17:23 / 16 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.